“Naxtel”in direktoru da yola salındı - Yeni təyinat

img

07-06-2023 [17:24]


Naxçıvan MR-nın mobil operatoru olan “Naxtel” MMC-nin direktoru dəyişdirilib.

Məlumata görə, şirkətə rəhbərlik edən Kamil Yusifov vəzifəsindən azad edilib, onun yerinə Rəşad Namazov təyin olunub.

Yeni direktor bundan əvvəl, ötən ay "Naxtel"ə birləşdirilmiş "Araztech" MMC-yə rəhbərlik edib.

Xatırladaq ki, "Naxtel" 2015-ci ildə yaradılıb, Azərbaycanın sayca 4-cü, ölkənin yeganə regional mobil operatorudur. Hazırda onun nizamnamə kapitalı 1 010 manatdır(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA