Qısqanclıq, xainlik, həvəsdənsalma, yoxsa... - Aydın Xan yazdı

img

13-11-2014 [14:39]


Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri, "Ədəbiyyat" qəzetinin şöbə müdiri Aydin Xan "Facebook"da günümüzün reallığını əks etdirən status paylaşıb.

Mia.az "Heç vaxt düzəlməz məmləkətimiz" başlıqlı həmin statusu təqdim edir:

"Qəribə ölkədə yaşayırıq: Elmlər Akademiyasında elə şərait yaradılıb ki, alimlər elmdən qaçır, məvacib az, müdafiə etmək üçün illər boyu texniki zir-zibilləri doldurmalısan - halbuki sivil ölkələrdə beyin məhsulu əldə etməkdən ötrü analitik mərkəzlər intellektuallara yalvarır, pul verirlər; ona görə də 90 faizini yazdığım dissertasiyamın, nəşr etdiyim 3 kitabın, xaricdə və daxildə işıq üzü görən onlarla elmi məqaləmin aid olduğu intellektual araşdırmamı atdım bir qırağa...

İşlədiyim yerdə isə elə şərait yaradılıb ki, işdən başqa hər şeylə məşğul olum: bilmirəm, başqa yerdə də belədir, ya yox, amma bizdə deyirlər ki, qəzetdə gedən yazıların sayı və həcmini azalt, şəkilini verməyək, sonra da adamı tamam həvəsdən salırlar... Qısqanclıq, xainlik, həvəsdənsalma, yoxsa... Deyəsən, indi mənə təmiz aydın oldu ki, Cavidləri, müşviqləri də ruslar, sovetlər deyil, elə özümükülər tutub güllələyiblər...

P.S. Belə, bilmirəm buna nə ad verirlər, amma deyəsən Hitlerin "Mənim savaşım" aktuallaşacaq ha...".

Digər xəbərlər
SON XƏBƏRLƏR