Amerikanın “Ölüm Tacirləri” və Almaniyada 200 milyon markaya satılan çörək...
06-06-2023 [14:42]
Elbəyi Həsənli, Sürix
***
1896-cı ildən Avstriya taxt-tacının vəliəhdi olan Frans Ferdinand Karl Lyüdviq İosif fon Habsburq (1896-cı ildə, atasının ölümündən sonra Avstriya-Macarıstan taxt-tacının vəliəhdi oldu) serb millətçisi Qavrilo Prinsipin rıhbərlik etdiyi 6 nəfərlik terrorçu qrup tərəfindən 28 iyun 1914-cü ildə öldürüldü. Frans Ferdinandın ölümü formal olaraq Birinci Dünya müharibəsinin başlanmasına bəhanə oldu. Nəticədə 20 milyon insan öldü, bir o qədər də yaralandı.
İngiltərə, Fransa, Rusiya, Avstriya və Almaniya kimi ölkələr yaman günə qaldı. Düşünün ki, Almaniya kimi qüdrətli ölkə o günə qalmışdı ki, bir kündəlik çörək 200 milyon markaya satılırdı.
I Dünya Müharibəsində Amerikanın “ölüm tacirləri” astronomik gəlir əldə etdilər. Bu sırada Con Pirpont Morqan (1837–1913) xüsusi ilə önə çıxdı. O, vaxtilə Yamayka qubernatoru olmuş ingilis dəniz qulduru Henri Morqanın nəslindən idi.
Con Morqan 1914-cü ildə ABŞ prezidenti Tomas Vudro Vilsona (1913–1921) yazırdı: "Müharibə Amerika üçün ağlasığmaz fürsətə çevrilməlidir". Amerika bu fürsətdən geninə-boluna istifadə etdiyi. Con Morgan və Du Pont kimi silah istehsal edən iş adamları müharibə edən ölkələrə silah satışını həndəsi silsilə ilə artırdı...
Tarixçi Alan Bruqar yazırdı ki, döyüşdə ölən hər bir əsgərə görə beynəlxalq bankirlər 10 min dollar gəlir əldə edirdi. I Dünya Müharibəsində ölən 20 milyon nəfərin hər birinə görə 10 min dollar! Bu, fantastik məbləğ deməkdir...
1934-cü ildə Helmut Engelbrext tərəfindən yazılmış "Ölüm tacirləri" adlı kitab bestseller oldu. Kitab silah istehsalçılarının qeyri-etik biznes təcrübələrini ifşa etdi və I Dünya Müharibəsi zamanı onların nəhəng gəlirlərini təhlil etdi. Müəllif belə nəticəyə gəldi ki, “silah biznesinin yüksəlişi və inkişafı bu işin başında duran tacirlərin dünyada sülhü üçün təhlükəyə çevirib”. Müəllif onu da faktlarla ortaya qoydu ki, ABŞ-ın I Dünya Müharibəsinə qoşulmasının yeganə səbəbi “Ölüm Tacirləri”nin lobbi fəaliyyəti ilə Konqresi və Prezidenti müharibəyə təhrik etməsi olub.
Bu kitab aldadılmış Amerika ictimaiyyətini hiddətləndirdi. 1934-cü ildə təxminən 100.000 amerikalı silah istehsalının artırılmasına qarşı petisiya imzaladı. Veteranlar 1935-ci ildə Vaşinqtonda sülh yürüşü keçirdilər. İki dəfə Şərəf medalı laureatı general Smedli Batler “Müharibə bir reketdir” kitabını nəşr etdirərdi.
Burada bir haşiyə çıxmaq zorundayam. Söhbət ondan gedir ki, “reket” sözü Azərbaycan dilində daha çox şantaj yolu ilə məmurlardan pul qoparan jurnalistlərə şamil edilir. İngilis dilində isə bu söz daha çox fırıldaq yolla biznesdə para əldə edənlərə deyilir...
Ona görə də “Müharibə bir reketdir” ifadəsinə həmin kontekstdən baxmaq gərəkir...
General yazırdı ki, böyük biznes, Wall Street və bankirlər məni reketə- kapitalizmin qanqsterinə çevirmişdi. Həmin kitab da Amerikada bestseller oldu.
Elə o vaxtdan Amerikanın I Dünya Müharibəsi zamanı Avropada kütləvi qırğınlara səbəb olan silah istehsal edən şirkətlərinin cəzaladırılması ilə bağlı ictimai çağırışlar səslənir. Bu cinayətin üstündən 100 ildən də çox vaxt keçib. Ancaq Amerika xalqı və müharibə əleyhdarları bu cinayəti törədənlərin simvolik də olsa cəzalandırlmasını istəyirlər...
Ancaq orası da var ki, hal-hazırda da “Ölüm Tacirləri” iş başındadır. Beynəlxalq sülhə və əmin-amanlığa real təhlükə olan bu tacirlər dünyanın müxtəlif bölgələrində qaynar nöqtələr yaratmaqla silah ticarətini daha da genişləndirməyə çalışırlar. Rəsmi statistikaya görə, dünya ölkələri hər il hərbi xərclərə 2 trilyon dollardan artıq vəsait ayırır. Dünyada ən böyük hərbi büdcəyə sahib olan ölkə də ABŞ-dır. Amerika hərbi məqsədlər üçün hər il 800 milyard dollara yaxın vəsait xərcləyir. Bu siyahıda ikinci yerdə gələn Çinin hərbi xərcləri (260 milyard dollar) isə Amerikadan 3 dəfə azdır. Bu fakt bir daha onu təsdiq edir ki, “Ölüm Tacirləri” hələ də Amerikada dominant mövqelərə sahibdirlər.
İndi vəziyyət daha təhlükəlidir. Amerikanın canlı əfsanəsi olan 100 yaşlı Henri Kissincer (1923) deyir ki, Pekin belə qənaətinə görə, ABŞ Çini inkişafdan saxlamaq üçün hər şeyi edəcək və Çinlə heç vaxt bərabərhüquqlu dövlət kimi davranmayacaq. Vaşinqton da öz növbəsində Çinin ABŞ-ı dünya lideri kimi sıxışdırmaq istədiyinə inanır. Kissincer iki fövqəldövlət arasında texnoloji və iqtisadi üstünlük əldə etmək üçün artan rəqabətdən xüsusilə narahatdır. O qorxur ki, bu rəqabət süni intellektin inkişafı nəticəsində daha da güclənəcək.
Müşahidəçilər qeyd edir ki, ABŞ 1987-ci ilə kimi SSRİ-ni özünə düşmən bilirdi. O vaxtdan sonra isə Çin Amerika üçün əsas düşmən dövlət kimi qəbul olunur. Belə bir fonda süni intellekt hərbi müstəvidə xüsusi ilə təhlükəlidir. Niyə? Çünki süni intellektin köməyi ilə Amerika Çinin bütün hərbi kodlarını sındıra bilər. Bu nə deməkdir? Düşünün ki, Çinin sahib olduğu dronlar, müdafiə və raket sistemləri, bir sözlər ultra-müasir hərbi texnologiya bir anın içində Amerikanın nəzarətinə keçə bilər. Ona görə də Amerika bu məsələyə xüsusi diqqət edir. 100 min kubit gücə malik Kvant kompüterlərin (100.000 cubit Quantum computer) yaradılması da bu məqsədin həyata keçməsinə xidmət edir...
2023-cü ildə Çin süni intellektlə bağlı tədqiqatlara 14.75 milyard dollar xərcləyəcək. Amerika bu sahədə Çindən xeyli qabaqdadır. Ancaq Çin bu sahəyə getdikcə daha çox para xərcləyir. Dünyada da bu tendensiya aydın görünür. 2030-cu ildə süni intellektə bəşəriyyət bütövlükdə 2 trilyon dollar maya qoyacaq.
Təəssüf ki, sünni intellekt bəşər sivilizasiyasını sülhə yox, daha çox müharibəyə yaxınlaşdırır. Henri Kissincer deyir ki, yaxın 5-10 ildə bəşəriyyət süni intellektdən qaynaqlanan bir dövrə qədəm qoyacaq. Qocaman siyasətçinin bu xəbərdarlığı da təsadüfi deyil: “Çap maşını XVI və XVII əsrlərdəki dağıdıcı müharibələrə səbəb olduğu kimi, süni intellekt də böyük fəlakətlərə səbəb ola biləcək potensiala sahibdir”...
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rübəsi veriləcək - Yeni qanun
Sosial şəbəkədə narkotiki təbliğ edən şəxs həbs olunub
Bakıda 3 nəfər 27 kq narkotiklə tutulub
İRAN PULU DƏYƏRDƏN DÜŞDÜ, XALQ AYAĞA QALXDI - Mərkəzi Bank sədri istefa verdi, Prezident etirazçılara səsləndi (VİDEO, FOTOLAR)