Əvəz Zeynallının vergi cəzası dəyişmədi

img

19-05-2014 [16:56]


Mayın 19-u 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində "Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının Vergilər Nazirliyinə və Audit Departamentinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Əvəz Zeynallı "Xural” qəzetində səyyar vergi yoxlamasının nəticələrinə dair 22 fevral 2012-ci il aktının etibarsız hesab edilməsini istəyirdi. Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalistə 9 il azadlıqdan məhrumetmə cəzası çıxarılarkən həmin akta da istinad olunub və məhkəmə hökmündə Əvəz Zeynallıdan 4076 manat vergi borcunun tutularaq dövlət büdcəsinə ödənilməsi tələbi əksini tapıb.

Vəkil Elçin Sadıqov "Media forum” saytına deyib ki, səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi barədə vəsatətləri təmin olunmayıb: "Hakimin bu qərarı gözlənilən idi”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:00 02.08.2025

Vətənə xidmət...