İlham Əliyevlə Paşinyan yenə bir araya gəlir - Makron, Şolts və Mişellə də görüşə qatılacaq

img

30-05-2023 [18:01]


Avropa İttifaqı (Aİ) Kişineuda keçiriləcək Avropa Siyasi Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Aİ Şurasının prezidenti Şarl Mişel arasında “böyük görüş” hazırlayır.

TASS xəbər verir ki, bu barədə Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi bildirib.

"Ermənistan və Azərbaycan liderləri ilə görüşün keçiriləcəyini təsdiq edə bilərəm. Sabah Prezident Makron və kansler Şoltsla birgə "böyük görüş" olacaq. Bizim üçün böyük əhəmiyyət kəsb edən bu görüşü böyük səylə hazırlayırıq", - o deyib(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR