Türkiyə komandası məşhur məşqçi ilə danışıqlar aparır

Türkiyə komandası məşhur məşqçi ilə danışıqlar aparır

İDMAN

30.05.2023, 09:25

Jorge Jesusun "Fənərbaxça"dakı gələcəyi maraq doğurur. 

Mia.az Türkiyə mətbuatlına istinadla xəbər verir ki, mövsümün sonunda müqaviləsi başa çatacaq portuqaliyalı çalışdırıcı klub prezident Əli Koçla danışıqları davam etdirir.

Bu arada isə Brazilya mediası yazıb ki, “Fənərbaxça” rəhbərliyi Braziliya milli Komandasının sabiq baş məşqçisi  Tite ilə danışıqlar aparır.

"UOL Esporte"nin məlumatına görə,  Dünya Çempionatından sonra vzəifəsini tərk edən Tite də “Fənərbaxça”ya gəlməyə müsbət baxır.

Xatırladaq ki, 62 yaşlı Tite Braziliya Milli Komandası ilə yanaşı, indiyədək "Korinthians", "Atletiko Mineiro", "Palmeiras", "Al-Ain", "Internasional", "Al-Vahda" komandalarını çalışdırıb.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR