Kılıçdaroğlu xalqa səsləndi: "Bütün faiz borcları silinəcək"

img

26-05-2023 [11:20]


Türkiyə mayın 28-i bazar günü keçiriləcək seçkilərin 2-ci turuna 2 gün qalmış Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu sosial media hesabında xalqa sensasyalı müraciət edib.

Mia.az xəbər verir ki, o, prezident seçildiyi təqdirdə, bütün ölkəboyu borcu olanların hamısının faizlərinin silinəcəyini bəyan edib: 

O,  kredit borcu olanlara müraciət edərək deyib ki, yalnız əsas borc qalacaq ki, bu da hissələrə bölünəcək: "Dövlətimizin xəzinəsi Ərdoğanın yaratdığı iqtisadi böhran səbəbiylə yığılan borclarınızı banklardan alacaq. Kredit borcunun yalnız əsas məbləği qalacaq və bu, 36 aylıq hissəyə bölünərək ödəniləcək. Bütün faizlər silinəcək. Beləliklə, xalqımız rahat nəfəs alacaq”.

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR