"Özdağ bizdən nazir postu istədi, "yox" dedik" - Ərdoğan

"Özdağ bizdən nazir postu istədi, "yox" dedik" - Ərdoğan

GÜNDƏM

26.05.2023, 00:52

Prezident Rəcəb Tayyib Ərdoğan bazar günü keçiriləcək prezident seçkilərinin ikinci turu öncəsi "CNN Türk" - "Kanal D" birgə canlı yayımının qonağı olub. 

Mia.az xəbər verir ki, Prezident Ərdoğan ikinci turda Kamal Kılıçdaroğlunu dəstəkləməyə qərar verən Zəfər Partiyasının lideri Ümit Özdağla bağlı diqqətçəkən açıqlamalar verib.

Prezident Ərdoğan Kılıçdaroğlunun Özdağa 3 nazirlik təklif etdiyini söyləyib: "Numan bəy Özdağın belə bir xahişi olduğunu dedi. Kılıçdaroğlu ona üç nazir təklifi edib. Numan bəyə "AFAD və ya Daxili İşlər Nazirliyi kimi bir nazirlik verilsə, bunun yanında terrorla mücadilə kimi gərəkli addımlar atılsa, dəstək verərəm", - deyib. Numan bəy ona “Prezidentimiz belə şeylərə qapalıdır” deyib. Biz qəti bazarlıq etmərik. Bəli, daxili işlər naziri vəzifəsinə təyinat tələbi olub, Numan bəy də ona prezident bunu qəbul etməz deyib".

Lamiyə

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR