Şahin Bağırovun planı: gömrükdə bəzi idarə və şöbələr ləğv ediləcək?

img

25-05-2023 [14:29]


Dövlət Gömrük Komitəsinin Aparatında və tabeli qurumlarında bir sıra dəyişikliklər aparılacaq. 

Məlumata görə, DGK sədri, general-leytenant Şahin Bağırovun əmri ilə yeni struktur layihəsi hazırlanıb. 

Layihəyə əsasən, komitənin aparatında bir-birini təkrarlayan bir sıra idarələr və şöbələr ləğv ediləcək, bəziləri birləşdiriləcək və yaxud yeniləri ilə əvəzlənəcək. 

Həmçinin bu qərar tabeli qurumlara da şamil ediləcək.

Dəyişiklik əsasən Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Aksizli mallar üzrə Baş Gömrük İdarəsi, gömrük postları və terminallarında reallaşacaq.

Qərarın gələn ayın ortalarına kimi təsdiq ediləcəyi gözlənilir(Qaynarinfo)


Digər xəbərlər
SON XƏBƏRLƏR