Pərviz Həşimliyə 8 il iş verildi

img

15-05-2014 [12:19]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Bizim yol” qəzetinin həbsdə olan müxbiri Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun məhkəməsi keçirilib. Teleqraf.com-un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Pərviz Həşimli 8 il, Təvəkkül Qurbanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Pərviz Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR