Mirqədirovların Ankarada yaşadıqları evdə axtarış aparıldı

img

04-05-2014 [22:03]



Bu gün günorta saatlarında Türkiyənin xüsusi xidmət orqanları Azərbaycanda həbs edilən jurnalist Rauf Mirqədirovun həyat yoldaşı və uşaqlarının Ankarada yaşadığı evdə axtarış aparıb.

Mia.az anspress-ə istinadən xəbər verir ki, jurnalistin həyat yoldaşı Adilə Babaxanova "Turan" agentliyinə bildirib ki, mənzilə 11 nəfər gəlib. Ona deyiblər ki, axtarış Azərbaycan hakimiyyətinin sorğusuna əsasən aparılır.

Axtarış zamanı bir sıra sənədlər və elektron daşıyıcılar, o cümlədən jurnalistin qızının planşeti götürülüb. Bundan sonra Azərbaycan səfirliyinin nümayəndəsi mənzilə gəlib və jurnalistin xanımını sorğu-sual edib.

Xatırladaq ki, Ermənistanın xeyrinə casusluqda ittiham edilən "Ayna-Zerkalo" qəzetinin şərhçisi Rauf Mirqədirov Türliyədə saxlanıb və aprelin 19-da təyyarə ilə Bakıya göndərilib. O Bakı hava limanında həbs edilib.

Mirqədirovun xanımı və iki uşağı Türkiyədə qalıb. Son üç ildə jurnalist ailəsi ilə bu ölkədə yaşayırdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA