Dünya ulduzu Türkiyə superliqasına gəlir

img

04-05-2023 [23:49]


"Liverpul"un 31 yaşlı brazilyalı ulduzu mövsümün sonunda "Qalatasaray"la anlaşmaya imza atacaq.

Mia.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı yazıb.

Bildirilib ki, mövsümün sonunda müqavilsi başa çatacaq futbolçuya "Barselona" "elçi" düşsə də, hazırda yaşadığı məhkəmə və digər qalmaqallara görə Kataloniya klubu transferdən vaz keçib.

Məlumata görə, bu səbəbdən brazilyalı ulduz "Qalatasaray"la ilkin danışıqlar aparıb: "Tərəflər maaş məsələsinə görə mayın sonunda təkrar görüş qərarı alıblar". 

Məlumata görə, "Libverpul"un alman məşqçisi Yurgen Klopp qarşıdakı sezonda Firminonu komandada görmək istəməməsi bu transferin gerçəkləşmə ehtimalını artırıb.

Qeyd edək ki, Firminonu bu mövsümm 11 qol vurub, 5 məhsuldar ötürmə verib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR