İxrac nəzarətinə düşən malların idxalı, ixracı və tranziti üzrə 54 icazə verilib

img

06-04-2023 [13:14]


Bu ilin 1-ci rübü ərzində Energetika Nazirliyi tərəfindən “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranziti üzrə 54 icazə verilib.

Mia.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, bunlardan 36-ı ixrac nəzarətinə düşən malların idxalı, 1-i ixracı, 17-i tranzitı ilə bağlı olub.

Rüb ərzində bütün icazələrin verilməsi 5 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA