Liviyada prezident seçkisinə günlər qala vəziyyət gərginləşdi: silahlılar hökumətin və Müdafiə Nazirliyinin binasını ələ keçirdi

img

16-12-2021 [15:13]


Liviyada silahlılar Milli Razılıq Hökumətinin mənzil-qərargahını və Müdafiə Nazirliyinin binasına daxil olublar.

Məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, Tripolinin bir sıra rayonlarında elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Hadisələrdə paytaxtda fəaliyyət göstərən silahlı qruplaşmalardan heç birinin adı hallanmır.

Xatırladaq ki, dekabrın 24-də Liviyada prezident seçkisi keçiriləcək.

Qeyd edək ki, Liviya Ali Şurasının sədri Xalid Mişri dekabrın 11-də jurnalistlərə açıqlamasında ölkəsində Rusiyanın “Vaqner” adlı özəl hərbi şirkətinin 7 min muzdlusunun olduğunu söyləmişdi. O, bu yaraqlıların Liviyanın mərkəzini ələ keçirməyə çalışdıqlarını da vurğulamışdı/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?