Su ehtiyatlarından səmərəli istifadə ilə bağlı komissiya yaradılıb

img

17-03-2023 [11:22]


Azərbaycanda su ehtiyatlarından səmərəli istifadə ilə bağlı komissiya yaradılıb.

Mia.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatını təqdim edərkən məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi Prezident İlham Əliyev tərəfindən hökumət qarşısında strateji vəzifə kimi qoyulub: “Əhalinin ərzaq təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər görülüb, əsas ərzaq məhsullarının ehtiyatı yaradılıb. Eyni zamanda ölkədə su probleminin həlli hökumət qarşısında duran ən mühüm vəzifələrdən biridir. Artıq su ehtiyatlarından səmərəli istifadə ilə bağlı komissiya yaradılıb”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq