İçərişəhərdə “Ənənəvi Novruz” adlı festival keçirilib

img

16-03-2023 [13:51]


İçərişəhərdə “Ənənəvi Novruz” adlı festival keçirilib.

Mia.az xəbər verir ki, festival tarixi Haci Bani hamamında yerləşən “ABAD” etno-butikində baş tutub.

İnteraktiv festivalda qonaqlara meydan tamaşaları, rəngarəng oyunlar (yumurta döyüşü və s.), qədim el sənətləri, xalq mahnıları və rəqsləri, Novruz şirniyyatları, eləcə də “ABAD”ın bir necə yenilikləri təqdim olunub.

Novruz falı və ustad dərsləri xüsusi marağa səbəb olub.

Döyüşün qalıbləri isə “ABAD”dan suvenir hədiyyələr qazanıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR