Dayanıqsız “erməni atomu”
06-03-2023 [21:20]
Əli Cabbarov
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Kimya elmi ilə azdan-çoxdan başı çıxan hər kəs bilir ki, elementlərin dövri cədvəlindəki hidrogendən tutmuş ən ağır radioaktiv izotoplara qədər bütün atomlar arasında “erməni atomu” adlı bir maddə yoxdur.
Ancaq kimyəvi olmasa da, bioloji və sosioloji xüsusiyyətlərinə görə özünü hər yerdə gözə soxmağın ən yaxşı qrosmeyestri olan haylar tarixin gedişlərində piyada olmaqdan zövq duymaqla şah və vəzirləri üçün özlərini qurban veməkdən də çəkinmirlər. Elə, 1973-cü ildə Ermənistanda heç bir obyektiv əsas olmadan tikilməyə başlanılmış və 1983-də istifadəyə verilmiş Metsamor Atom Elektrik Stansiyasından beşəlli tutan indiki haylar kimi. Yaradılarkən bir zamanlar bunun onların “enerji təhlükəsizliyi” kimi bədnam məqsədə xidmət edəcəyini yaxşı bilən ermənilər, əslində, o zamankı mövcud dairəvi enerji təminatı sisteminə qoşulsalar da Cənubi Qafqazda ən böyük enerji istehsalçısı olan Azərbaycandan asılılığı azaltmaq üçün hələ o vaxtdan bu məkrli layihəni həyata keçirmək məqsədilə keçmiş SSRİ rəhbərliyini inandırmışdılar. Dolayısı ilə, bu stansiyanın yaradılması hələ o zamanardan ermənilərin hansı iddialarla alışıb yandığından xəbər verirdi. Bunu sadə insanlara inandırmaq çətin olsa da, hələ o zamanar bir çoxları bilirdi ki, bu “erməni atomu” bir müddət sonra dinc və təmiz enerji mənbəyindən daha çox qorxu və təhlükə mənbəyinə çevriləcəkdi. Bəli, bütün qlobal və regional siyasətin “peşkaları” olan haylar bu təhlükəsaçan stansiyanı da indi bir şantaj aləti kimi istfiadə edərək onun vasitəsilə nəinki qonşularına, hətta
Avropanın böyük ölkələrinə də təsir etməyə çalışırlar. Yeri gəlsə öz həyatları bahasına olsa da!
Sədərəkdən təxminən 50 kilometr, qardaş Türkiyə sərhədindən isə cəmi 16 kilometr məsafədə, Araz çayı vadistində yerləşən Metsamor Atom Elektrik Stansyiası hazırda köhnə sovet texnologiyası ilə işləyən dünyanın ən təhlükəli nüvə enerjisi qurğusudur. “Qafqazın Çernobılı” adlandırılan və uzun müddətdən bəri heç bir texnoloji yenilənmə aparılmayan bu stansiyanın təhlükəli cəhətləri onun yüksək aktiv seysmik zonada yerləşməsindən əlavə həm də işlədiyi müddətdə bir çox xoşagəlməz hadisələrə dırnaqarası ev sahibliyi etməsidir. Elə bu səbəbdən də ötən həftə, yəni martin 2-də Bakıda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossini qəbul edərkən ölkə Prezidenti cənab İlham Əliyev nüvə təhlükəsizliyi probleminə toxunaraq Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının fəaliyyət göstərdiyini, onun Azərbaycana, Türkiyəyə, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaratdığını bildirmiş, bu stansiyanın köhnə texnologiya ilə çalışdığını, onun ciddi texniki probemlərinin olduğunu diqqətə çatdıraraq və Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılmasının narahatlıq doğurduğunu vurğulamışdır.
İlk olaraq, təbii faktorları nəzərə aldıqda, o zaman, yəni planlı iqtisadiyyat dövründə Moskvanın əmri ilə tikilmiş Metsamorun nə seysmik, nə ekoloji, nə də nüvə tullantılarının zərərsizləşdirilməsi baxımından heç bir dəyəri olmadığı ekspertlər, hətta üç-dörd ayıqbaşlı erməni mütəxəssislər tərəfindən də həmişə vurğulanır. Belə ki, 1988-ci ildə baş vermiş 6,8 ballıq Spitak zəlzələsində ciddi zərər görən stansiya o zamankı sovet rəhbərliyi tərəfindən bağlanılmışdı. Amma Ermənistanın ölkəmizə qarşı həyasızcasına torpaq iddiaları nəticəsində özü-özünü xarici aləmdən, eləcə də ucuz Azərbaycan enerjisindən təcrid etməsindən sonra 1995-ci ildə stansiya yenidən fəaliyyətə başlamış və hazırda bu ölkənin enerji təminatının 40 faizini verməkdədir. Halbuki, bu qədər kifayət qədər güclü stansiya zəlzələ ocaqlarının tam üzərində dayanmaqla hər an baş verəcək sarsıntı ilə bütün Qafqazı, Anadolunu, Yaxın Şərq ölkələrini, hətta Qazaxıstana qədər böyük bir ərazini öldürücü radioaktiv sızıntılarla çirkləndirə bilər. Baxır o an küləyin istiqamətinə. Çernobılda olduğu kimi.
Erməni düşüncəsi qədər çatlaq və vaxtı keçmiş Metsamor Atom Elektrik Stansiyasının problemləri bununla bitmir. Problem həm də ermənilərin özlərinin yaratdığı izolyasiya olunmalarıdır. Başqa sözlə, təhlükəli nüvə xammalının Rusiyadan Cürcüstan vasitəsilə dəmir yolu ilə transit daşınmasından tutmuş, tullantıların dəfn olunmasınadək bütün texnoloji proseslər bu ölkədə ciddi problemdir. Ermənistan radioaktiv maddələrin yayılmaması üzrə beynəlxalq sənədə imza atsa da, bir neçə dəfə gürcü gömrükçüləri tərəfindən yaxalanmış nüvə qaçaqmalçılığı bu məsələdə də “erməni atomu”nun nə qədər etibarsız olduğunu sübut edib. Ermənistanın nüvə tullantılarının Qarabağın işğalı dövründə Azərbaycan ərazilərinə atması isə təkcə ölkəmizə qarşı deyil, bütün Araz çayı və Xəzər dənizi hövzəsi ölkələrinin ekoloji vəziyyətinə qarşı ən qatı cinayətlərdən biridir. Ona görə də, bu gün Laçın yolu üzərindəki ekoaksiyaları başa düşmək istəməyən bəzi saqqallı və saqqalsız hay həşirçilərinə bu xatırlatmanın da yeri vardır.
Metsamor nüvə stansiyası Ermənistanın köhnəlmiş enerji infrastrukturu və kadr təminatı ilə də uyğunlaşmada ciddi problemlər göstərir. Belə ki, sovet dövrünün kadr potensialına arxalanaraq inşa olunmuş Metsamorun işçiləri 1988-ci ildəki zəlzələ zamanı bu təhlükəli obyekti tərk edib qaçdığından onları əvəzləmək üçün həmin məsuliyyətli dövrdə SSRİ-nin başqa nüvə stansiyalarındakı mütəxəssislər buraya ezam olunmuşdular. Sual olunur, indi Ermənistanın, əslində, müstəqil deyil, sadəcə öz əli, öz başı olduğu bir dövrdə topçu Vüsalın atəşindən qorxub qaçan ermənilərdən hansı biri nüvə obyektində baş verəcəkə qəzalar zamanı sinəsini qabağa verəcək? Heç biri! Elə bunu yaxşı bilən Avropa ölkələri və atom enerjisi üzrə beynəlxalq təşkilatlar da dəfələrlə Ermənistana bu stansiyanı bağlamaq, daha yeni və alternativ təmiz enerji mənbələri üzrə maddi dəstək verməyi təklif etsələr də erməni tərsliyi 2036-cı ilə qədər bu təhlükəli stansiyanı çalışdırmaq niyyətində olduğundən əl çəkmir. Çox təəssüf!
Təbiət elmlərinə əsasən hər bir maddənin antimaddəsi vardır. “Erməni atomu”nun da antimaddəsi iki yüz ilə yaxın bir müddətdə onlarla qonşu olduğumuz dövrdə xalqımız tərəfindən nəhayət ki, kəşf olunmuşdur. Ancaq təəssüf ki, “Dəmir yumruq” adlı effektiv silahımız erməni xislətini, erməni riyakarlığını zərərsizləşdirsə də söhbət radioaktiv çirklənmə kimi əsl nüvə təhlükəsindən getdiyi zaman bu məsələdə bütün dünyanın birgə fəaliyyət göstərməsi çox zəruridir.
MİA.AZ
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR