Energetika naziri ABŞ Dövlət katibinin nümayəndəsi ilə görüşüb
İQTİSADİYYAT
02.02.2023, 23:56
Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında iştirak məqsədilə ölkəmizdə səfərdə olan ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxmanı qəbul edib.
Mia.az xəbər verir ki, nazir Məşvərət Şurasının toplantısında iştiraka görə təşəkkür edib və Məşvərət Şurasının Cənub Qaz Dəhlizi üzrə uğurlu təcrübəsinin bu ildən yaşıl enerji sahəsində tətbiqindən bəhs edib. Energetika naziri hazırda Cənub Qaz Dəhlizi vasitəsilə tədarükün artırılması ilə yanaşı yaşıl enerjinin Azərbaycandan Avropaya təchizatı ilə bağlı proseslərin gedişatı barədə məlumat verib. Dəhlizin 2027-ci ilə qədər genişləndirilməsi üçün zəruri proseslərin sürətləndirilməsinin və birgə əməkdaşlığın vacibliyi qeyd olunub. Həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq edildiyi, Xəzərin bərpa olunan enerji resurslarının elektrik enerjisi və yaşıl hidrogen şəklində Avropaya nəqlinin nəzərdən keçirildiyi bildirilib.
Xanım Laura Loxman isə Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkə olduğunu və yaşıl enerji ilə bu töhfələrin davam etdirilməsini yüksək qiymətləndirib.
Söhbət zamanı ABŞ-la Azərbaycan arasında enerji sahəsində ikitərəfli əməkdaşlığa və qlobal enerji gündəliyində olan məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Bugün, 12:54 KRİMİNAL
-
Mərkəzi Bank bu qurumu cərimələdi
Bugün, 12:45 İQTİSADİYYAT
-
"Rabitəbank" ASC-yə icrası məcburi sərəncam verildi
Bugün, 12:38 İQTİSADİYYAT
-
İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət göndərdi - MƏTN
Bugün, 12:35 GÜNDƏM
-
Azər Qasımovun qardaşının işi yenə təxirə düşdü - Hakim və prokurordan sərt reaksiya
Bugün, 12:25 SİYASƏT
-
Mauro İkardinin sürücülük vəsiqəsi "radar"a düşüb? - AÇIQLAMA
Bugün, 12:12 İDMAN
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:10 CƏMİYYƏT
-
“Azərbaycan Dəmir Yolları”nda növbəti təyinatlar - Rövşən Rüstəmov kimləri vəzifəyə təyin etdi? + FOTO
Bugün, 12:04 CƏMİYYƏT
-
PREZİDENT YÜKSƏK VƏZİFƏLİLƏRİ TOPLADI - Müşavirə + FOTOLAR
Bugün, 12:00 GÜNDƏM
-
Milli Məclisdə daha bir sahə üzrə dinləmə keçiriləcək
Bugün, 11:47 GÜNDƏM
-
BAKIDA POLİSƏ SİLAHLI MÜQAVİMƏT GÖSTƏRƏN KEÇMİŞ MƏHKUM VURULDU - DİN açıqlama yaydı
Bugün, 11:47 KRİMİNAL
-
Keçmiş deputatdan Ərdoğana maraqlı çağırış: "Ətrafındakı adamları falakaya yatır və döy"
Bugün, 11:21 SİYASƏT
-
Bakıda bu məktəblər distant təhsilə keçdi
Bugün, 11:08 GÜNDƏM
-
Bakıda və Abşeron yarımadasında tozlu hava ilə bağlı - Açıqlama
Bugün, 10:59 GÜNDƏM
-
“Fərəh söyüş söyüb, mənim nə günahım var?” – Efir qadağasına etiraz edir
Bugün, 10:48 PRESS
-
AZAL-da daha bir dəyişiklik oldu
Bugün, 10:40 CƏMİYYƏT
-
"Trump TV" kanalı açıldı - Ağ Evin rəsmi xəbərləri bu kanalda yayımlanacaq
Bugün, 10:27 PRESS
-
Türkiyədə məktəbə hücum olub - Bir şagird ölüb, yaralılar var (Yenilənib)
Bugün, 10:26 GÜNDƏM
-
Bilgəhdə dənizdə batan gənclərin meyiti tapılıb
Bugün, 10:15 CƏMİYYƏT
-
İran XİN başçısı: "Burada da mövqeyimizi ləyaqətli müdafiə edəcəyik"
Bugün, 09:57 DÜNYA
-
Məhəmməd Salahın sürücülük vəsiqəsi etibardan salındı - Hücumçu böyük məbləğdə cərimələndi
Bugün, 09:52 İDMAN
-
Azərbaycan nefti 5 dollardan çox ucuzlaşdı - Qara qızılın qiyməti neçəyədir?
Bugün, 09:52 İQTİSADİYYAT
-
Danışıqlar rəsmi olaraq başladı - Əbədi rəqibdən sürpriz təklif...
Bugün, 09:24 İDMAN
-
"Tovuz-Turan"ın prezidenti klubdan gedir: "Çox təəssüf ki, axırda Ehtiram bəyi də iyrəndirdilər" - Jurnalist elə şeylər yazdı ki....
Bugün, 09:16 YAZARLAR
-
Maştağada evdə partlayış: iki nəfər yaralanıb
Bugün, 09:08 CƏMİYYƏT
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıl... - QARABAĞA YENİ KÖÇ YOLA SALINDI
Bugün, 09:05 GÜNDƏM
-
"Qalatasaray" prezidenti baş məşqçi ilə bağlı qərarını açıqladı
Bugün, 09:03 İDMAN
-
Başqa vətən arzulamağa ehtiyac yoxdur” - Paşinyan
Bugün, 00:34 SİYASƏT
-
Məşhur aktrisanın ölkədən çıxışına qadağa qoyuldu
Bugün, 00:21 MƏDƏNİYYƏT
-
TÜRKİYƏ UNİVERSİTETLƏRİNƏ ŞOK: 110 min yer boş qalıb, 30 mindən çox isə... - Azərbaycandan qardaş ölkə üniversitetlərinə axın niyə azalır?
Bugün, 00:10 GÜNDƏM
-
"Kurtlar Vadisi"nin "Ömər Baba"sı "şübhələnirdim" dedi, istintaqa çağırıldı - Kəşfiyyatçının şübhəli ölümü işi böyüyür
Bugün, 00:08 MƏDƏNİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 MƏDƏNİYYƏT
-
ABŞ İrana uçuşlara icazə verən ölkələri hədələdi: "Dollar sistemindən çıxaracağıq"
Bugün, 00:01 İQTİSADİYYAT
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat edildi
21.09.2026, 23:03 MƏDƏNİYYƏT