Nazirliyin tabeliyində olan institutda  mənimsəmə... - Cinayət işi açıldı

img

23-01-2023 [15:45]


Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumda baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi açılıb

Mia.az Gəncə Şəhər Prokurorluğuna istinadla xəbər verir ki, Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda baş verən qanunsuzluqlarla bağlı şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd edilən institutda bəzi işçilərə qanunla nəzərdə tutulandan artıq əməkhaqqı, mükafat və ezamiyyə xərclərinin ödənilməsi yolu ilə büdcə vəsaitlərinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA