"Fənərbağça"nın oyunçusu Braziliya komandasına icarəyə verilir

img

01-08-2023 [09:07]


"Fənərbağça"nın Baş məşqçisi İsmail Kartalın yeni mövsümdə heyətdə düşünmədiyi braziilyalı futbolçu Joao Pedro icarəyə verilir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə türkiyəli idman jurnalisti Yağız Sabuncuoğlu məlumat paylaşıb.

Onun xəbərinə görə, Braziliya komandalarından "Qremiro" Pedro üçün İstanbul klubuna təklif göndərib: "Bu təklif gələn kimi "Fənərbağça" "hə" deyib. Buna paralel olaraq Pedro tələsik əşyalarını toplayıb. Sanki buradan getmək ürəyincə idi. O, sabah ölkəsi Brazilyaya yola düşəcək".

Jurnalist icarə müqaviləsinin detalları barədə açıqlama verməyib.

Xatırladaq ki, Pedro ötən mövsüm "Fənərbağça"da 28 matça çıxıb. 31 yaşlı futbolçu sözügedən matçlarda cəmi 5 qol atlb.

Fərid

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq