Mətbuat Şurası bəyanat yaydı
16-01-2023 [10:23]
Azərbaycan Mətbuat Şurası bəyanat yayıb.
Mia.az xəbər verir ki, bəyanatda deyilir:
"Xankəndi-Laçın yolundakı aksiya artıq bir aydan çoxdur ki davam edir. Qeyd edilmiş media vasitələri ermənipərəst siyasətin əsirinə çevrilməyib duruma bir qədər həssas yanaşsaydılar, vardanyanların və digərlərinin şablonlarının mahiyyətinə diqqət yetirər, müəyyənləşdirərdilər ki, bölgədə humanitar fəlakət kimi qiymətləndiriləcək durum tam istisnadır. Təəssüf ki, biz belə həssas yanaşmanı deyil, qeyri-peşəkarlığı görürük. Bu yol isə aksiya ilə bağlı əsl gerçəklikdən diqqəti yayındırmaqdır, aşkar manipulyasiyadır.
O da təəssüf doğurur ki, bilərəkdən, yaxud bilməyərəkdən manipulyasiyaya yol verənlər dünyanın və Avropanın ictimai rəyində çəkiyə malik olduğunu, fikir plüralizmini rərbər tutduğunu, yaradıcılıqlarının bəşəri dəyərlərə xidmət amalına söykəndiyini bəyan edən media vasitələridir. Onların məqalələri, faktiki olaraq, bir-birinin təkrarıdır. Eyni məzmun, eyni qərəzli iddialar, hətta, bəzi hallarda cümlələr belə eynidir.
Halbuki, obyektiv media R.Vardanyanın kimliyini araşdırmalı, onun böyük məbləğdə pul maxinasiyaları həyata keçirdiyini, kriminalla yaxın olduğunu bildirməli, belə bir şəxsin qanunsuz və cinayət xarakterli fəaliyyət həyata keçirdiyini diqqətə çatdırmalıydı. Bu, bəşəri dəyərlərə xidmət nümunəsi olardı.
Azərbaycan Mətbuat Şurası dünyanın aparıcı media vasitələrini Xankəndi-Laçın yolundakı aksiyaya obyektiv qiymət verməyə, onunla bağlı əsl həqiqətlərə diqqət yetirməyə, birtərəfli və qeyri-obyektiv təbliğatın aləti olmamağa çağırır. Onlar nəzərə almalıdırlar ki, bu aksiyanın, ümumiyyətlə, Azərbaycan və Ermənistan arasındakı münaqişəli durumun beynəlxalq miqyasda ədalətli təqdimatı, bütövlükdə Cəbubi Qafqaz coğrafiyasında sülhün, əminamanlığın, dinc birgəyaşamın formalaşması baxımından son dərəcədə vacibdir".
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar