Naxçıvana nə qədər dotasiya ayrılacaq? - Açıqlama

img

05-12-2022 [12:03]


"Dövlət büdcəsinin mərkəzləşdirilmiş hissəsindən Naxçıvan MR-na ayrılan dotasiyanın yuxarı həddi müəyyən edilib".

Mia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bu anlayış büdcə sistemində ilk dəfə tətbiq edilsə də, mexanizm kimi Dövlət Neft Fondunda (ARDNF) sınaqdan keçirilib.

Bundan başqa, nazir deyib ki, Naxçıvanda aparılan istlahatlar hesabına büdcə gəlirlərinin artacağı gözlənilir.

Xatırladaq ki, Naxçıvanın gələın ilki büdcəsi 650 milyon manat civarında nəzərdə tutulur ki, bunun da 487 milyondan artığı Azərbaycanın mərkəzi büdcəsindən ayrılan dotasiya ilə təmin olunacaq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR