Azərbaycanlı model əcnəbi aşbazla evlənir - FOTO

img

29-04-2014 [22:22]


"Fashion Model School by Lyubov Gutorova” model agentliyinin üzvü Cema Hüseynova ailə həyatı qurmağa hazırlaşır. 

 1news-az-a istinadən xəbər verir ki, gələn ayında Cema Hüseynova şəhər VVAQ idarələrindən birində avropalı nişanlısı Zoranla qanuni nikaha girəcək.

Modelin nişanlısı Zoran əslən Sloveniyalıdır və baş aşpaz işləyir. Cema Zoranla ortaq dostları vasitəsilə tanış olub. Cütlük Bakıdakı İtalyan restoranlarından birində öz yaxınları və qohumları üçün yemək təşkil etməyi planlaşdırır. Nişanlı cütlüyün sözlərinə görə, onlar qonaqlardan yalnız ağ geyimdə gəlməyi istəyiblər.

Təntənəli toy mərasimi isə yaxın zamanlarda Avropada bəyin vətənində baş tutacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA