Bu yayın hit mahnıları hazırlanır

img

07-05-2014 [12:57]


Bu il bir neçə hit mahnıya  imza atan bəstəkar Pərviz Mahmudov  bir müddətdir ki, gününün çox hissəsini studiyada keçirdiyini deyir.

Mia.az-a açıqlamasında populyar müğənnilərlə beş yeni mahnı üzərində çalışdıqlarını bildirib.

Əvvəlcə Sevda Yəhyayevanın ifasında elə sözləri də P.Mahmudovun özümə məxsus olan "Bağlanıb ürək” mahnısı eşidiləcək. Bəstəkar digər mahnıların adlarını sirr saxlasa da, ifaçılarını açıqladı. Onlar  Röya və  G. İbrahimlidir.  

P. Mahmudov Röya ilə üç mahnı üzərində çalşdıqlarını da əlavə etdi: "Yalnız kompozisiyaların  sözlərinin  Nado və Azər Şirinə məxsus olduğunu deyə bilərəm. Mahnıların hamısı ritmikdir, dinləyicilərə  əsl yay ab-havası bəxş olunacaq. Bununla yanaşı, son kompozisiyalarımdan olan "Ola bilərdin” mahnısının remix versiyası da hazırlanıb”.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR