Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
03-12-2022 [00:03]
Qoç - fəallıq və səylərinizi yönəldəcəyiniz istiqaməti müəyyənləşdirin. Yaxın gələcəkdə maksimum fayda əldə etmək üçün əsas fəaliyyət yönünü seçin. Yaxın ətrafınızdakı insanlar sizi nəyəsə razı salmağa çalışanda, güc və qüvvənizi, vaxt və səylərinizi tələb edən əmələ yönəltmək istəyəndə "yox" deməyi bacarın.
Günün ikinci yarısında İlk əvvəl öz maraqlarınızı düşünün. Gərəksiz işə baş qoşduğunuzu, münaqişəli situasiyaya qarışdığınızı bilən kimi geri çəkilin.
Vədlərinizə əməl etməyə çalışın. Etibar etdiyiniz, birlikdə işlədiyiniz insanlardan dəstək almağa can atın.
Axşam saatlarında görüş, müzakirə, yazışma və söhbət yeni emosiyalar vəd edir.
Buğa - günün ilk yarısında plan və ideyalar çoxdur. Vaxt, resurs, informasiya qıtlığına rəğmən növbəti layihəyə başlayın. İşlərdə qayda yaradın. Təmirə ehtiyac duyan avadanlıq və qurğunu normal vəziyyətə gətirin. Vədlərə əməl edin, öhdəlikləri yerinə yetirin.
Günün ikinci yarısında münasibətlərdə gərginlik istisna deyil. Planlarınızın ziyanına olaraq sürəkli qaydada başqalarının işini yerinə yetirməyin. Emosional əks-səda, rəğbət izharı gözlədiyiniz görüşlər bu gün üçün deyil.
Tək işləsəniz, daha ciddi nəticələr əldə edə bilərsiniz.
Əkizlər - müsbət əhval-ruhiyyə ilə pozitiv davranış bir çox işləri görməyə yardım edəcək. Yeni tanış olduğunuz insanlarla ünsiyyətdə aqressiv davranmayın. Maraqlandığınız məsələnin təfərrüatlarını öyrənin.
Günün ikinci yarısında yeni, sərfəli əlaqələr qura bilərsiniz. Şəxsi münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxarmaq şansını əldən verməyin.
Əks cins mənsubu ilə söhbətdə illüziyalara qapılmayın. Yaxınlarınızla təmaslar əhvalınızı yaxşılaşdıracaq.
Axşam saatlarında normal istirahət edin.
Xərçəng - etiraf etmək gərəkdir ki, zəngin təcrübə irəliləyişin avtomatik, aprior təminatçısı deyil. Ötənlərdəki xidmətlərinizin dəyərləndiriləcəyini düşünməyin. Yaxın gələcəkdəki prosesləri indidən planlaşdırın. Yenilikləri əxz edin.
Günün ikinci yarısında müşkül problemlərin həllinə yaxın ətrafınızdakı insanları cəlb edin.
Müzakirələr və təhlillər bir çox problemləri həll etməyə imkan verəcək.
Axşam saatlarını sevdiyiniz insanla keçirin. Münasibətləri stabilləşdirin. Hisslərinizdə səmimi olun.
Şir - günün ilk yarısında əlahiddə fəaliyyətin nəticəsi pis, faydalı iş əmsalı aşağı olacaq. Dostların yardımlarından bəhrələnərək yaxşı nəticələr əldə etməyə can atın. Çox iş görmək fikrindən vaz keçin. Əks təqdirdə ifrat yorğunluğa düçar ola bilərsiniz.
Günün ikinci yarısında yaşananlarla bağlı praqmat mövqeyiniz olmalıdır. Özünüzü əvəzedilməz insan, misilsiz şəxs hesab etməyin. Yaxınlarınızın dediklərinə qulaq asın, onların nə istədiklərini dərk etməyə çalışın. Belə davranış yaxın gələcəkdə karınıza gələ bilər.
Qız - xeyli əvvəl hazırladığınız planı həyata keçirə bilərsiniz. Niyyətlərin reallaşma zamanıdır. Amma yaranmış situasiyanın təhlilini və şəraitin dəyərləndirilməsini unutmayın.
Problemlərin həllində xudpəsənd olmayın, illüziyalara qapılmayın.
Günün ikinci yarısı yeni avadanlıqla çalışmağa başlamaq və ya innovasiyalar zamanıdır. Yaxınlarınız istəklərinizi anlamır, planlarınızı qəbul etmirlər. Alış-verişdə çox pul xərcləyərək ailə büdcəsinə zərbə vurmayın.Qərarlarınız məntiqi olsun. Tələsik addımlar atmayın. Axşam saatlarında gəzintiyə çıxın.
Tərəzi - günün ilk yarısında həddən artıq önəmli hadisə baş verməyəcək. Amma hadisələrin gedişatından narazı qalmayacaqsınız. Çox ağır saydığınız problemi asanlıqla çözə bilərsiniz. Yanınızdakı insanlar sizinlə mübahisə etməyəcəklər.
Günün ikinci yarısında sərt tənqid eşitməyəcəksiniz. İntellektual qabiliyyətinizi tam izhar edin. İşlərin çözülməsində əlavə təkanlara və ya cəhdlərə ehtiyac yoxdur. Yaxın ətrafınızdakı insanların fəaliyyətinzlə bağlı radikal açıqlamaları olmayacaq.
Günün ikinci yarısında intellektual imkanlarınızı nümayiş etdirməkdən çəkinməyin.
Axşam saatlarında ailənizdəki münasibətlərdə harmoniya yaradın. Gərəkli anda gərəkli sözləri deyib lazımi addımları atın.
Dincəlməyi unutmayın.
Əqrəb - günün ilk yarısı səyahətə və ya işgüzar səfərə yollanmaq üçün əlverişlidir. Bacarıqlarınızı, təcrübənizi ətrafınızdakı insanlara nümayiş etdirin. Lakin maliyyə məsələlərini həll etmək, təfərrüatlarına yaxşı bələd olmadığınız sahəyə sərmayə yatırmaq üçün münasib zaman deyil.
Günün ikinci yarısınla eyni vaxtda bir neçə işə başlamayın. Ağır fiziki işlə məşğul olmayın.
Axşam saatlarının sakit keçməsi ailədə xoş mühiti formalaşdıracaq.
Əyləncəyə yollanmaq, qonaq qəbul etmək olar.
Oxatan - günün ilk yarısında işgüzar tərəfdaşlar və həmfikirlərlə ünsiyyətdə xeyir var. Bilik və bacarıqlarınızı nümayiş etdirin, bacarıqlarınızı artırın.
Yaxın ətrafınızdakı insanlarla təmaslarda aqressiv və sərt olmayın.
Günün ikinci yarısında ünsiyyətdə soyuqqanlı olun. İnandığınız insan sözlərinizi fəaliyyət proqramı kimi qəbul etməyəcək. Mübahisələr başlanacaq.
Axşam saatlarını təklikdə keçirin. Sevdiyiniz işlə məşğul olmaq, mütailə üçün yaxşı zamandır.
Oğlaq - eksperimentlər aparmaq, hadisələrin rutin axarına yeniliklər və əlavələr etmək olar. Yeni işgüzar fəaliyyət sxemi hazırlayın. Ünsiyyət tərzinizi dəyişin. Qayda və təlimatlara kor-koranə riayət irəliləyiş vəd etmir.
Günün ikinci yarısında maraq obyekti cavab reaksiyasını gözləyir. Ailə üzvləri ilə təmaslarda qarşılıqlı anlayışa və ümumi planlara güvənin.
Axşam saatlarında normal istirahət edin.
Dolça - günün ilk yarısında əmək məhsuldarlığınız və peşəkar imkanlarınız sizə özünüzə tam əminlik yaratmayacaq. Yaxın ətrafınızdakı insanlardan birinin fəaliyyətini öz işlərinizlə sürəkli müqayisə etməyin. Nikbin olun.
Günün ikinci yarısında situasiyadakı dəyişikliklərdən faydalanmağa çalışın. Yaxınlarınızla ünsiyyət sizin danışıq tərzindən asılıdır. Sevdiyiniz insanlara müsbət emosiyalar bəxş etsəniz, ailə üzvlərilə təmaslar gözəl alınacaq.
Axşam saatlarında romantik anlar yaşanacaq.
Balıqlar - laübəli, amma perspektivlər vəd edən gündür. Heç bir yerə tələsməyin, başladığınız işi başa vurun. Səliqə ilə, aramla çalışın. Ətrafınızdakı insanların bir neçəsi qıcıqlandıra bilər. Fəqət, indi münasibətləri daha da sərinləşdirməyin, səbrli olun. Dözüm bir çox problemlərin avtomatik həlli deməkdir.
Müəyyən mövzunun sizdən planlaşdırdığınızdan daha çox vaxt və səy tələb edə bilər. Şərtlərin tələb etdiyi seçim sizi yeni, maraqlı yola apardığından adət etdiyiniz və sevdiyiniz bəzi ünsürlərdən imtina etməli olacaqsınız. Asudə vaxtınızı istirahətə, alış-verişə sərf edin. Stressdən qurtulmaq üçün gərgin durumda adekvat hərəkət edin.
Milli.Az
Ramazanın 25-ci gününün duası: imsak və iftar vaxtı
XIII Qlobal Bakı Forumu başa çatıb (Yenilənib)
Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maarifləndirici təşəbbüs həyata keçirdi - FOTOLAR
"Sabah" "İmişli"ni darmadağın edib
"Azərişıq" ASC-nin sədri yenidən federasiya prezidenti seçildi
"Bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur" - Hikmət Hacıyev Aİ rəsmisi ilə görüşüb
Sabah hava necə olacaq? - Proqnoz
"AzerGold"da növbəti təyinat oldu
Prorektor müşavir təyin edildi
Azərbaycan nefti 109 dollara satılır - 3.5 dollar da qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə daha bir baş məşqçi istefa verdi
Pakistan və Əfqanıstan arasında toqquşma: 44 post ələ keçirilib
600-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Veysəloğlu Şirkətlər Qrupu mükafatlandırılıb - FOTO
BİR HƏFTƏYƏ MÜHARİBƏ BİTİR? - "ABŞ İsrailə konkret vaxt qoyub"
Müğənni Manaf Ağayevin oğlu həbs edilib - Təfərrüat (YENİLƏNİB)
Azərbaycan və Türkiyə XİN başçıları telefonda danışdı
Müğənni yeni imicdə: sevənləri tanıya bilmədi - FOTOLAR
Ramazanın 24-cü gününün duası: imsak və iftar vaxtı
Livan prezidenti: "Biz İsraillə danışıqlara hazırıq, amma..."
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb (Yenilənib)
BU QANUNU POZANLAR 5 MİN MANATADƏK CƏRİMƏLƏNƏCƏK - Prezident yeni qanunu təsdiqlədi
Novruz bayramında neçə gün iş olmayacaq? - QƏRAR
TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?
İran raketləri və NATO qalxanı: Türkiyənin üzləşdiyi yeni təhlükəsizlik sınağı (TƏHLİL)
Sabiq icra başçısının şikayətinə "yox" deyildi
Aİ-dən ABŞ-a etiraz - Rusiya nefti ilə bağlı narazılıq yaranıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İlber Ortaylı vəfat edib
BAEA rəbəri Moskvaya getdi, həmkarı ilə görüşdü - "İranın nüvə silahı hazırladığına dair heç bir dəlil görmədik"
Əli Əsədov Milli Məclisdə hesabat verdi (YENİLƏNİB)
ABŞ lideri İranı hədələdi: "Gələn həftə daha sərt vuracağıq"
BMT-nin Baş katibi Beyrutda: "Livan xalqı müharibəyə sürüklənir"
ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb - 4 nəfər ölüb
Süni intellektlə qadınları şantajda şübhəli bilinən şəxs həbs olunub
TFF "Qalatasaray"ın futbolçusunu cəzalandırdı - 2 oyunluq
"İRANIN TƏSLİM OLMASINI ELAN EDƏCƏK LİDER QALMAYIB" - Tramp G7 ölklərinin liderlərinə belə deyib
Siyəzəndə 17 yaşlı qız dəm qazından boğulub
Adnan Əhmədzadə ilə bağlı daha bir qərar verildi
Özbəkistan prezidenti Bakıya səfərə hazırlaşır
Xəzər TV-nin rəhbərinin səhhətində problem yaranıb
İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub - Açıqlama
Tehranda minlərlə insan "Qüds günü" ilə bağlı küçələrə axışdı - İsrail bölgəni vurdu, iranlılar geri çəkilmədi (FOTOLAR)
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanılıblar