DÇ-2022: Argentina və Polşa növbəti mərhələdə - Messi penaltini vura bilmədi (Yenilənib)

img

01-12-2022 [00:59]


Argentina millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.

Mia.az xəbər verir ki, Argentinai Polşa yığmasını 2:0 hesabı ilə məğlub etməklə nail olub.

Görüşdə hər iki qol 2-ci hissədə vurulub. 46-cı dəqiqədə Aleksis Makallister, 68-ci dəqiqədə isə Xulian Alvares fərqlənib.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran Argentina millisi qrup birincisi kimi pley-offa adlayıb və Avstraliyaya rəqib olub.

Bu qrupdan çıxan digər kollektiv isə Polşa millisi olub. Avropa təmsilçisi Meksika ilə eyni - 4 xala malik olsa da, topların nisbətinə (2:2) Cənubi Amerika kollektivini (2:3) üstələyib və 1/8 finala adlayıb. Avropa təmsilçisi bu mərhələdə Fransa ilə qarşılaşacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA