İnsan qocalanda... - Seymur Baycan yazır
YAZARLAR
07.11.2022, 10:46
Seymur BAYCAN
***
Bəli, ötən illər insanın təbiətini ortaya çıxarır. Əgər insan mərhəmətlidirsə, yaşı artdıqca daha da mərhəmətli olur. İnsan qəddardırsa, yaşı artdıqca daha da qəddarlaşır. İnsan tamahkardırsa, qocalanda tamahı daha da quduzlaşır. İnsan yüngüldürsə, yaşı artdıqca daha da yüngülləşir.
Oxuduqlarım və gördüklərim nəticəsində bu nəticəyə gəlmişəm ki, nadir istisnaları çıxsaq, insan qocalanda, belə demək mümkündürsə, öz həqiqi təbiətinə qayıdır. Qocalmaq, illəri bir-bir yola salmaq insandan təmkin tələb edir. Bütün hallarda, nə qədər bayağı səslənsə də, hər yaşın öz gözəlliyi var. Deməli, üzüsulu, abırla qocalmağın özü də müdrikliyin bir növüdür. İyirmi yaşda etdiyin hərəkətləri qırx yaşda edə bilməzsən. İyirmi yaşda buraxdığın səhvləri qırx yaşda buraxa bilməzsən. Yaş buna imkan vermir. Yaş buna qadağa qoyur. Yaş bunu bağışlamır.
Niyə dönə-dönə bu mövzuya qayıdıram? Çünki bəzi yoldaşların illəri bir-bir yol salmaqda çətinlik çəkdiklərini, üzüsulu, abırla yaşlaşa bilmədiklərini görürəm. İnsan üzüsulu, abırla qocala bilməyəndə müxtəlif fəsadlar yaranır. Bəs nə etməli, əlac nədir? Heç nə, adi, sadə bir həqiqəti qəbul etmək lazımdı:
“Yazda çiçək, yayda kəpənək, payızda xəzəl, qışda qar”.
Nə qədər dəqiq, konkret və dahiyanə deyilibdir. Həqiqətən dahilik sadəlikdədir.
***
“Müxalifət niyə maraqsızdır?” adlı yazını yazmazdan əvvəl müxalifət düşərgəsinin üzdə olan simalarının çıxışlarına qulaq asdım, yazıların (əlbəttə, yazı az idi, azərbaycanlılar hələ də folklor mərhələsində qalıblar, yazı mərhələsinə gəlib çatmayıblar) oxudum. Yazı yazmazdan əvvəl müxalifət düşərgəsindəki vəziyyətlə, ab-havayla ciddi, dərindən maraqlanmalı idim.
Proses zamanı gördüm ki, müxalifət düşərgəsinin üzdə olan simaları heç bir ehtiyac olmadığı halda çıxışlarında, yazılarında (bir daha təkrar edirəm yaz az idi) türk sözlərindən gen-bol istifadə edirlər. Bu mənada, bu nöqteyi-nəzərdən Gültəkin Hacıbəyli müxalifət düşərgəsinin şəriksiz, alternativsiz lideridir. Danışığında, çıxışlarında türk sözlərindən istifadə etmək məsələsində Gültəkin xanıma çatmaq mümkün deyil. Olsa-olsa bir balaca Fuad Qəhrəmanlı bu məsələdə Gültəkin xanıma yaxınlaşa bilər.
İndi, hal-hazırda, bu an, bu dəm məni bir sual maraqlandırır. Danışığında, yazısında “abla, iyi ki varsınız, topu-topuna, abi…” kimi sözlərdən istifadə etmək üçün, görəsən, bir insan nə qədər yüngül olmalıdır? Bu suala cavab tapmaqda çətinlik çəkirəm. Tanrı xətrinə, xahiş edirəm, bu suala cavab tapmaqda kimsə mənə köməklik etsin.
Söhbət burda təkcə yazılarda (yazı az idi), çıxışlarda Azərbaycan dilində qarşılığı olduğu halda “fazla, yorum, ayrımcılık, yöntem, öneri, ayaklanmak, duygu sömürüsü, denemek, burum-burum, basqı-masqı…” kimi sözlərin istifadəsindən getmir. Söhbət həm də ondan gedir ki, türk sözlərindən istifadə etdikdə Azərbaycan dilinin enerjisi, koloriti tamamilə itir. Dilin enerjisi, koloriti hiss olunmur. Necə deyim, elə bil buzlu, donmuş camış ətindən kabab bişirirsən.
Mən yenə də öz fikrimdə qalıram. Azərbaycan dilində qarşılığı olduğu halda azərbaycanlıların türk sözlərindən istifadə etməyinin əsasən üç əsas səbəbi var.
1. Yüngüllük .
2. Görməmişlik.
3. Kiçik qardaş xəstəliyi.
Azərbaycanlılar kiçik qardaş xəstəliyindən əziyyət çəkirlər. Böyük qardaşsız yaşamaq onlar üçün çətindir. Mütləq və mütləq hansısa paytaxta, hansısa xalqa birbaşa və ya dolayı yollarla yaltaqlanmalıdırlar. Dünən ruslar böyük qardaş idi, bu gün türklər böyük qardaşdır, sabah farslar böyük qardaş olacaqlar, o birisi gün ərəblər, ta birisi gün çinlilər…
Azərbaycanlılar danışıqlarında, yazılarında türk sözlərindən istifadə etməklə türklərə yaltaqlanırlar. Bəs onlar bu geniş həcmli yaltaqlığın cavabını qarşı tərəfdən alırlarmı? Yoxsa qız evində toydur, oğlan evinin xəbəri yoxdur? Məsələnin bu tərəfi artıq azərbaycanlılar üçün zərrə qədər də maraqlı deyil. Əsas odur ki, yaltaqlanırlar və öz yaltaqlanmaq ehtiyaclarını təmin edirlər.
İctimai-siyasi işlərlə məşğul olan adamlar Azərbaycan dilində qarşılığı olduğu halda türk sözlərindən istifadə etdikdə vəziyyət daha da qəlizləşir. İctimai-siyasi işlərlə məşğul olan adamların türk sözlərindən istifadə etməsi həm də onların qeyri-ciddi mənbələrdən qidalandıqlarını göstərir. Bir insan türk mənbələrindən qidalanmasa türk sözlərindən istifadə etməz. Qeyri-ciddi mənbələrdən qidalandıqlarına görə müxalifət düşərgəsinin nümayəndələri xarici siyasət haqqında səhv, qeyri-ciddi, gülməli fikirlər səsləndirirlər…
P.S. Azərbaycan dilində qarşılığı olduğu halda yazılarında, çıxışlarında qondarma, süni, sintetik türk sözlərindən (sözün həqiqi mənasında) gen-bol istifadə edən adamlar zəhmət çəkib müasir Türkiyə türkcəsinin, Türk Dil Qurumunun necə yaranması haqqında iki-üç obyektiv yazı oxusalar, çox yaxşı iş görmüş olarlar. Müasir türkcənin, gen-bol istifadə etdikləri sözlərin necə, hansı yollarla yarandığını öyrəndikdən sonra onlar xeyli məyus olacaqlar.
Bir yoldaş vardı. Yazılarında qondarma, süni, sintetik türk sözlərindən gen-bol istifadə edirdi. Ona müasir türkcənin necə yaranması haqqında iki-üç yazı oxumağı tövsiyə etdim. Demə bu adam müasir türkcənin necə yaranmasından, niyə yaranmasından yerli-dibli xəbərsiz imiş. Məsələ ilə ciddi maraqlandı və istifadə etdiyi sözlərin qondarma, süni, sintetik sözlər olduğunu başa düşdü.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Əmrullayev əmr imzaladı - Bakıda universitetlər distant təhsilə keçdi
Bugün, 20:40 GÜNDƏM
-
Bakı Dövlət Universitetində dərslər 3 gün onlayn keçiriləcək
Bugün, 20:36 GÜNDƏM
-
AZAL bəyanat yaydı: "İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır" (YENİLƏNİB)
Bugün, 19:50 GÜNDƏM
-
Türkiyənin ən güclü partiyası: növbəti sorğunun nəticələri açıqlandı
Bugün, 18:03 SİYASƏT
-
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
Bugün, 17:49 CƏMİYYƏT
-
Netanyahu Məmdanini hədələdi: "Səni ifşa etməyə gəlirəm"
Bugün, 17:44 DÜNYA
-
Baş nazir: "Əgər Rusiya bizə hücum edərsə..."
Bugün, 17:30 GÜNDƏM
-
Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artırıldı - SİYAHI
Bugün, 17:26 CƏMİYYƏT
-
“Nargin: Saralmış kədər” - Tarixi Nəsr və İctimai Yaddaş
Bugün, 17:18 MƏDƏNİYYƏT
-
Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
Bugün, 17:12 GÜNDƏM
-
Türkiyə ordusunun generalı Bakıya gəlib
Bugün, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
Bugün, 16:52 KRİMİNAL
-
ABŞ Prezidenti: "Qorxaqlar və xainlər..."
Bugün, 16:27 DÜNYA
-
Bakı sakini 40 kiloqram narkotiklə tutulub
Bugün, 16:14 KRİMİNAL
-
Cavanşir Quliyevdən Alim Qasımovla Üzeyirin duetinə reaksiya: “İnsan müəyyən yaşa çatdıqdan sonra öz zövqünə uyğun musiqi seçir"
Bugün, 16:06 MƏDƏNİYYƏT
-
"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
Bugün, 15:55 CƏMİYYƏT
-
Lənkəran evdın seyf oğurlanıb
Bugün, 15:16 KRİMİNAL
-
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb - Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb
Bugün, 15:06 KRİMİNAL
-
İran ordusu: "Danışıqlar müharibənin başqa bir mərhələsidir"
Bugün, 14:46 DÜNYA
-
Azərbaycanda bu nazilər pensiya yaşına çatıb - FOTOLAR
Bugün, 14:32 GÜNDƏM
-
Ehtiram Quliyevdən “Turan Tovuz”dan gedəcəyi ilə bağlı xəbərlərə - Reaksiya
Bugün, 14:19 İDMAN
-
Deputat qınadı, nazirlik "əl-ayağa" düşdü, mətbuat katibi isə "gül" vurdu - FOTOLAR
Bugün, 14:10 SİYASƏT
-
Mətləb Salahov: “Azərbaycan 23 saatlıq antiterror əməliyatı ilə bölgədə separatizm presedentinə birdəfəlik son qoydu”
Bugün, 14:06 SİYASƏT
-
PREZİDENT YÜKSƏK VƏZİFƏLİLƏRİ TOPLADI - Müşavirədəki çıxışlar + FOTOLAR (YENİLƏNİB)
Bugün, 13:58 GÜNDƏM
-
DİN bu vəzifələrə işçi axtarır
Bugün, 13:21 CƏMİYYƏT
-
İsrail Qəzzada yeni əməliyyata başlayıb, ölənlər var
Bugün, 13:11 DÜNYA
-
Özgür Özəl üçün böyük şok - Bələdiyyə sədri gözlənilməz qərar verdi
Bugün, 12:58 DÜNYA
-
“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Bugün, 12:54 KRİMİNAL
-
Mərkəzi Bank bu qurumu cərimələdi
Bugün, 12:45 İQTİSADİYYAT
-
"Rabitəbank" ASC-yə icrası məcburi sərəncam verildi
Bugün, 12:38 İQTİSADİYYAT
-
İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət göndərdi - MƏTN
Bugün, 12:35 GÜNDƏM
-
Azər Qasımovun qardaşının işi yenə təxirə düşdü - Hakim və prokurordan sərt reaksiya
Bugün, 12:25 SİYASƏT
-
Mauro İkardinin sürücülük vəsiqəsi "radar"a düşüb? - AÇIQLAMA
Bugün, 12:12 İDMAN