Musa Urud yazır: "Zəngəzuru tanıyaq və tanıdaq" - Zəlimxan Yaqubun Zəngəzur bayatıları
YAZARLAR
03.11.2022, 19:21
Musa URUD,
Millət vəkili
(On birinci məqalə)
***
Hörmətli dostlar, layihəmizin on birinci məqaləsini bir həzin və nisgilli xatirə ilə davam etdirmək istəyirəm.
Düz iyirmi il əvvəlin, 2002- ci ilin söhbətidir. Milli Məclisin növbəti iclas günlərinin birində foyedə xalq şairi, millət vəkili Zəlimxan Yaqubla üz- üzə gəldik, hal əhval tutandan sonra böyük şair və səmimi insan, saz- söz xiridarı, el- oba adamı rəhmətlik Zəlimxan müəllim özünə məxsus ləngərli, gur səsi, şirin Borçalı ləhcəsi ilə soruşdu:
- Musa qağa, təzə nə yazersən, çoxdandı maa şeir oxumeersən?
Zəlimxan muəllim,- dedim,- Zəngəzurun tarixi, etnoqrafiyası, toponimləri ilə bağlı araşdırmalarla məşğulam, belə kitablar həm indi lazımdır, həm də bizdən sonra gələn nəsillər üçün yol xəritəsi ola bilər. Bir də ki, poeziyamızın Zəlimxan Yaqubu olan yerdə bizim şeirlərimizə o qədər də ehtiyac yoxdur.
Sözlərim, xüsusi ilə sonrakı ifadələr xoşuna gəldi, ürəkdən gülərək əlavə etdi:
- Yox, elə demə, şeir yazmağı davam et, hər ağacın öz meyvəsi, hər meyvənin öz dadı var. Hər şair poeziyamıza bir rəng qatır, bir töhvə verir.
Sonra isə birdən çöhrəsinə kədər çökdü:
- Heyif o dağlarımızdan, buz bulaqlarımızdan, o elləri itirməklə təkcə torpağımızı itirmədik, yer adlarımız, nəğməmız, bayatımız, adət- ənənəmiz , bölgə genofondumuz unudula, dağıla bilər. Zəngəzur vacib mövzudur, şeiri sonra da yazmaq olar.
Beləcə, bir xeyli Zəngəzurdan danışdıq.
Bu söhbətin üstündən bir neçə gün keçmişdi ki, Zəlimxan Yaqub bir axşam ev telefonumuza zəng vurdu, adəti üzrə mehribancasına hal- xoş edəndən sonra dedi:
- O günükü Zəngəzur barədə söhbətimizi heç unuda bilmirəm. Zəngəzur deyəndə ilk ağlıma gələn Sarı Aşıq, Sarı Aşıq deyəndə isə bayatı olur. Böyük bayatı ustadını rəhmətlə xatırlayaraq, istəyirəm mən də Zəngəzur bayatıları yazam. (Sarı Aşıq və Zəngəzur bayatıları haqqında növbəti məqalələrimizin birində məlumat verməyə çalışacağam- M.U).
Sevindim,- çox gözəl olar, Zəngəzura böyük tohvə olar, mən də kitabıma əlavə edərəm.
- "Mənə Zəngəzurda məşhur olan bir neçə toponim söylə-, qoy bayatıda bu adlarımız yaşasın"-, dedi böyük şairimiz!
Eləcə telefonda ekspromt olaraq bir neçə toponim, hidronim və mikrotoponimi sadaladım, Zəlimxan müəllim də xəttin o başında vərəqə köçürdü.
Milli Məclisin növbəti iclasında xalq şairimiz 12 bayatı yazılmış vərəqi mənə verdi, istəsən kitabında istifadə edə bilərsən,- dedi.
Beləcə gözəl bir yaradıcılıq nümunəsi meydana gəldi.
İndi Zəngəzur haqqında silsilə məqalələri yazarkən bənzərsiz şairimiz Zəlimxan Yaqubu bir daha rəhmətlə anıram və onun Zəngəzura böyük sevgi ilə həsr etdiyi bayatıları hörmətli oxucularımızla bölüşdürməyi faydalı hesab edirəm. Doğrudan da, yazıya pozu yoxdur, yazılan qalır: Zəngəzur ellərindən Salam olsun haqq dünyasındakı Zəlimxan Yaquba!
***
Gül çəmənin mehrimi,
Qaya dağın möhrümü?
MEHRİM uzaqda qalıb
Kimə salım mehrimi?
***
Bu torpaq ZƏNGİLANDI,
Haqqa səcdə qılandı.
Boynumuza dolanan,
Gör, neçə rəng ilandı.
***
Canımda bir sazaq var,
Yaxın yoxdu, uzaq var.
Nə NÜVƏDİ, QAÇARAN,
Nə də ki, AĞBULAQ var.
***
ƏYİNLİ əyin dilər,
Bəysizlər bəyin dilər.
BƏRGÜŞADA boylanan
Görəsən nəyin dilər?
***
UZ kəndi, UZ elləri,
Yanşaq, qopuz elləri.
Hanı bəy babalarım,
Hanı OĞUZ elləri?
***
Gur çaylarım gur idi,
Həsrət gördü qurudu.
Göz görmür, əl yetişmir,
Necə gəzim URUDU?
***
SALVARTI mənim idi,
Sünbülüm, dənim idi.
BƏRK DƏRƏ nin bərkliyi,
Düşmənə qənim idi.
***
Yandıran sənəm ola,
Od tutan sinəm ola.
SARIYAL göy yaylağım,
ÇADIRDAŞ binəm ola.
***
Baxdım bağa-bostana,
Həsrət döndü dastana.
Görünmür PALANTÖKƏN,
GÜLLÜ YURD, AĞ YASTANA.
***
Mən qəmin təkəriyəm,
Tək dərdin tək əliyəm.
Tora düşmüş LAÇINAM,
Hönkürən HƏKƏRİYƏM.
***
Zəngilanda qar sızlar,
Qara düşər, yar sızlar.
BAHARLI əldən gedib,
Neyləsin baharsızlar?
***
Dağ başı QUBATLIDI,
Şimşəkdən qanatlıdı.
Hər gün qisas almağa
Oğulları atlıdı.
Məqalənin əvvəlində qeyd etdiyim kimi, bu bayatıları böyük şairimiz 2002- ci ildə yazmışdı. Bu bayatıların hər sətrində o illərin nisgili, həsrəti və qayıdış ümüdi hiss olunmaqdadır.
Çox heyif ki, Zəlimxan Yaqub dünyasını vaxtsız dəyişdi, Qarabağın, Şərqi Zəngəzurun azad günlərini, ölkəmizin bütövləşmiş yeni tarixini görmək ona qismət olmadı. Ruhu şad olsun!
... İndi daha Laçın torda deyil, Həkəri hönkürüb ağlamır, əksinə, azad Vətən torpağında xoşbəxtcəsinə çağlayaraq bağlarımıza, əkinlərimizə bərəkət gətirir.
... İndi daha Zəngilanda qar sızlamır, əksinə, həyat qaynayır, Ağalıda ağıllı, vətənpərvər gənc nəsil böyüməkdədir.
... İndi daha həsrətimiz dastan dönmür, tarixə qovuşur. Dastana dönən isə Dəmir Yumruq, Tunc İnam, Zəfər Paradıdır!
... İndi "Bərk dərənin bərkliyi" Dəmir yumruğa dönərək düşməni yerində otuzdurub, qəhrəman əsgərlərimiz İşıqlı dağında, Salvartı yaylağında Vətənin keşiyini çəkirlər, Urudu, Uz yurdunu, Oğuz ellərini gedub gəzməyə sanılı günlər qalıb.
... İndi daha Mehri uzaqda qalmayıb, lap yaxındadı, bu gün sabah Mehridən, Nüvədidən keçib Naxçıvana, Qarsa, Avropaya gedəcəyik.
... Qədim İpək yolunun Zəngəzur dəhlizi ilə irəlilədikcə qatardan o gözəl dağlara, dərələrə, çaylara əl edəcəyik və var səsimizlə dünyaya səslənəcəyik:
ZƏNGƏZUR AZƏRBAYCANDIR!
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Çempionlar Liqası: 6 oyun oynanıldı - Hansı komandalar qalib gəldi?
Bugün, 01:03 İDMAN
-
Türkiyədə bu komandanın baş məşqçi postuna 22 yaşlı qız gətirildi
Bugün, 00:40 İDMAN
-
"Beşiktaş"dan Vlahoviçlə bağlı - Açıqlama
Bugün, 00:26 İDMAN
-
Böyük Britaniya səmasında xaos - Uçuşlar bir-birinin ardınca ləğv edildi
Bugün, 00:19 GÜNDƏM
-
12 dövlət İsrailə qarşı birləşdi, Türkiyədən dəstək mesajı verildi - Tel-Əviv Britaniya konsulluğunu qapatdı
Bugün, 00:12 GÜNDƏM
-
İran ABŞ-a məxsus sualtı qayığı ələ keçirib
Bugün, 00:05 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
ABŞ-la İran arasında müharibə yenidən qızışdı - Bölgədə neft tankerləri vuruldu...
08.09.2026, 22:54 GÜNDƏM
-
Putin və Tramp arasında gözlənilməz görüş oldu - Liderlər bir saata nəyi razılaşdırıb?
08.09.2026, 19:32 GÜNDƏM
-
Elnur Məmmədov ABŞ-ın Ermənistandakı diplomatı ilə nəyi müzakirə edib? - AÇIQLAMA + FOTO
08.09.2026, 19:01 SİYASƏT
-
Bakıda 46 yaşlı keçmiş məhkum tutulub
08.09.2026, 18:40 KRİMİNAL
-
Şəkidə dəhşətli faciə - İki nəfərin öldüyü mərkəz məşhur iş adamına məxsusdur
08.09.2026, 18:25 GÜNDƏM
-
Ərdoğan Avropa çempionu olan yığma komanda üzvlərini qəbul edib
08.09.2026, 18:00 İDMAN
-
Tanınmış modelyer Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Şok ittiham... (Yenilənib)
08.09.2026, 17:53 KRİMİNAL
-
Əli Əsədov yeni qərar imzalayıb
08.09.2026, 17:43 İQTİSADİYYAT
-
DİN Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib
08.09.2026, 17:43 GÜNDƏM
-
İspaniya və Fransada güclü yanğın... - Türkiyə dörd yanğınsöndürmə təyyarəsi göndərdi
08.09.2026, 17:20 DÜNYA
-
Azərbaycanla Əlcəzair arasında Birgə Komissiyanın ilk iclası bu tarixdə keçiriləcək
08.09.2026, 17:15 İQTİSADİYYAT
-
Cahid İsayevə hökm oxundu
08.09.2026, 17:08 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
08.09.2026, 17:00 İQTİSADİYYAT
-
Fondun yeni sədri kollektivə təqdim olundu - Prezidentin köməkçisi tərəfindən
08.09.2026, 16:49 GÜNDƏM
-
Avropa İttifaqı İsrailə qarşı bəyanat verdi
08.09.2026, 16:34 DÜNYA
-
Anar Əsədlinin şikayətinə "yox" deyildi
08.09.2026, 16:25 SİYASƏT
-
Su böhranı: quraqlıq dünyanın 40 faizini ağuşuna alacaq - Ən çox hansı bölgələr susuzluğa təslim olacaq?
08.09.2026, 16:11 İQTİSADİYYAT
-
Biz evimizi itirdik, amma ümidimizi itirmədik… - Seymur Verdizadə yazır
08.09.2026, 15:47 YAZARLAR
-
Məhkəmə Ekspertlərinin Reyestri istifadəyə verilib
08.09.2026, 15:31 GÜNDƏM
-
Mənsur Yavaş CHP-ninn tədbirinə qatılmaqdan imtina etdi
08.09.2026, 15:20 SİYASƏT
-
İran XİN başçısından ABŞ-a mesaj: "İslamabad Memorandumundakı öhdəliklərə qayıtsaq..."
08.09.2026, 15:07 DÜNYA
-
Ali Məhkəmədən onlayn kredit götürənlərə xəbərdarlıq: "Bu, müqavilənin etibarsız sayılması üçün kifayət etmir.."
08.09.2026, 14:58 İQTİSADİYYAT
-
Sumqayıtda 22 yaşlı qızın meyiti tapıldı
08.09.2026, 14:51 CƏMİYYƏT
-
“Quyruğumu basanın başından basacağam” - Telli Borçalı
08.09.2026, 14:39 ŞOU-BİZNES
-
Türk Hava Yolları məşhur futbol klubunun əsas sponsoru oldu - Beş ildə kluba fantastik məbləğ xərclənəcək
08.09.2026, 14:33 İDMAN
-
TƏBİB-in icraçı direktoru özünə müşavir götürüb
08.09.2026, 14:28 CƏMİYYƏT
-
Prezident sərəncam imzaladı, Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi - SİYAHI
08.09.2026, 14:06 PRESS