Əli Əhmədov Dövlət Komissiyasının üzvlərini topladı: iclasda nələr müzakirə olunub?
26-10-2022 [12:04]
İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, iclasda Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, İqtisadiyyat, Xarici İşlər, Maliyyə, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Səhiyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Neft Şirkəti, “Azərenerji” ASC, Meliorasiya və Su Təsərrüfatı ASC, Azərbaycan Milli Elmlər Akademiyası və Dövlət Statistika Komitəsinin nümayəndələri iştirak ediblər.
Baş nazirin müavini, Dövlət Komissiyasının sədri Əli Əhmədov Azərbaycanın 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin təsirlərinin azaldılması üzrə beynəlxalq səylərə qoşulduğunu və 2016-cı ildən Paris Sazişinə uyğun beynəlxalq təşəbbüslərə özünün töhfəsi olaraq baza ili ilə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürdüyünü qeyd edib.
Tədbirdə Dövlət Komissiyasının sədr müavini, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev cari ilin 6-18 noyabr tarixlərində Misirin Şarm-əl-Şeyx şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin 27-ci Konfransında (COP27) səsləndiriləcək ölkə bəyanatına daxil ediləcək məsələlər, o cümlədən COP27 çərçivəsində irəli sürülməsi nəzərdə tutulan təşəbbüslər barədə məlumat verib, Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi üçün görülməsi zəruri olan tədbirlər ətrafında çıxış edib.
Dövlət Komissiyasının Katibliyinin rəhbəri, Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Komissiyanın 2022-ci il 5 may tarixində keçirilmiş iclasının qərarlarının icra vəziyyəti, ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttar-zadə Azərbaycanda avtomobil nəqliyyatı sektorunun iqlimə mənfi təsirlərinin azaldılması ilə bağlı tədbirlər, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva isə iqlim dəyişikliyi ilə bağlı risklər, təsirlərin
yumşaldılması və mümkün fəsadlara hazırlıq məsələlərini nəzərdə tutan adaptasiya planları barədə məlumat verdilər.
Maliyyə naziri Samir Şərifov, kənd təsərrüfatı naziri İnam Kərimov, xarici işlər nazirinin müavini Xələf Xələfov, energetika nazirinin müavini Elnur Soltanov, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov qeyd olunan mövzular üzrə fikirlərini bildirdilər.
Müzakirələrin nəticəsinə əsasən, Dövlət Komissiyasının sədri Əli Əhmədov Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin 27-ci Konfransında səsləndiriləcək bəyanatında ölkəmizin “Yaşıl” inkişaf siyasətindən, bu istiqamətdə ölkə başçısı tərəfindən təsdiqlənən Dövlət Proqramları və Strategiyalar, eyni zamanda, işğaldan azad olunmuş ərazilərin iqlimə dost, ekoloji cəhətdən təmiz texnologiyalar üzərində bərpası, “ağıllı” və “yaşıl” yanaşmaların tətbiqi haqqında məlumat verilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb