Akademik Gövhər Baxşəliyeva “Yeni Qazaxıstan və Şərq dünyası” mövzusunda beynəlxalq konfransda məruzə edib
22-10-2022 [23:43]
Oktyabrın 22-də Qazaxıstanın Almatı şəhərində bu ölkənin R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Yeni Qazaxıstan və Şərq dünyası: əməkdaşlığın tarixi, gələcəyi və cari məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Mia.az xəbər verir ki, konfransa onlayn şəkildə qatılan AMEA-nın vitse-prezidenti v.i.e., akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva “Azərbaycan-Qazaxıstan: Etnik, dini və mədəni ortaqlıqdan strateji tərəfdaşlığa və iqtisadi-siyasi müttəfiqliyə doğru” mövzusunda məruzə edib.
Məruzədə Azərbaycanla Qazaxıstan arasında münasibətlərin tarixindən danışan akademik G.Baxşəliyeva bu tarixin köklərinin özünü orta əsrlərdə eyni dövlətlər tərkibində olmaqla eyni mədəniyyətə, eyni ənənəyə, eyni dil qrupuna malikliyi ilə göstərdiyini qeyd edib. İki ölkə arasında müasir dövrdə mövcud əlaqələrdən danışan məruzəçi xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafına böyük töhfələr verdiyini söyləyib. Akademik G.Baxşəliyeva iki ölkə arasında münasibətlərin daha da inkişafına Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında mövcud olan qarşılıqlı etimada əsaslanan etibarlı dostluq əlaqələrinin mühüm təsir etdiyini bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qazaxıstana işgüzar səfərindən danışan akademik G.Baxşəliyeva, səfər çərçivəsində Azərbaycan və Qazaxıstanın dövlət başçılarının görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin “Azərbaycanı müttəfiqimiz, strateji tərəfdaşımız hesab edirik, daim bu xəttə sadiq qalacağıq” söylədiyini xatırladaraq, Azərbaycan Prezidenti İlham Əliyevin buna əlavə olaraq “Bu müttəfiqlik ortaq köklərə və ümumi maraqlara əsaslanır” dediyini diqqətə çatdırıb.
Akademik G.Baxşəliyeva çıxışında etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan Azərbaycan ilə Qazaxıstanın münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə və bu əməkdaşlıq formatının həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Xəzəryanı ölkələrin və Türk dünyasının inkişafına mühüm töhfələr verəcəyinə əminliyini bildirib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb