İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
22-03-2026 [23:27]
İran ətrafında baş verən hərbi qarşıdurma yalnız regionun siyasi xəritəsini deyil, qlobal logistika və nəqliyyat sistemini də dəyişməkdədir.
ABŞ-ın nüfuzlu nəşri "The New York Times" yazır ki, Yaxın Şərqdə hava məkanlarının bağlanması nəticəsində Avropa ilə Asiya arasında uçuş marşrutları kəskin şəkildə daralıb və alternativ yollar faktiki olaraq məhdud sayda təhlükəsiz dəhlizlərlə əvəzlənib.
Bu dəhlizlərdən ən mühümü isə Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçən xəttdir.
NYT-nin vurğuladığı kimi, İran, İraq və ətraf regionlarda artan risklər səbəbindən aviaşirkətlər bu ərazilərdən uzaq durmağa çalışır. Nəticədə qlobal hava nəqliyyatı xəritəsində yeni reallıq yaranıb. Avropa ilə Asiya arasında əlaqə artıq geniş və çoxşaxəli marşrutlar üzərindən deyil, dar və məhdud koridorlar vasitəsilə təmin olunur.
Bu proses təsadüfi deyil. Müasir müharibələr yalnız cəbhə xəttində getmir. Onlar ticarət yollarını, enerji xətlərini və nəqliyyat sistemlərini də hədəfə alır.
Digər beynəlxalq mənbələr də eyni mənzərəni təsdiqləyir. "Business Insider" qeyd edir ki, aviaşirkətlər bağlanan hava məkanlarından yan keçmək üçün Cənubi Qafqaz üzərindən keçən dar marşruta yönəlir. "The Financial Times" isə Azərbaycanın hava məkanının hazırda qlobal tranzit sistemində kritik rol oynadığını vurğulayır.
Beləliklə, Azərbaycan yalnız coğrafi mövqe deyil, funksional əhəmiyyət qazanır.
Bu vəziyyət Azərbaycanın geopolitik rolunu yeni səviyyəyə qaldırır. Əgər əvvəllər ölkə enerji dəhlizləri və quru nəqliyyat marşrutları ilə ön plana çıxırdısa, indi hava məkanı da strateji resursa çevrilir. Bu isə Azərbaycanın qlobal sistemdə rolunu daha da genişləndirir.
Eyni zamanda bu, riskləri də artırır. Daralan hava dəhlizləri təkcə iqtisadi imkan deyil, həm də təhlükəsizlik yükü deməkdir. Bir marşrutun üzərinə həddindən artıq yük düşməsi həmin xətti həm texniki, həm də hərbi baxımdan həssas nöqtəyə çevirir.
Bu kontekstdə Azərbaycan artıq sadəcə tranzit ölkə deyil. O, qlobal əlaqələrin davamlılığını təmin edən əsas düyün nöqtələrindən birinə çevrilir.
İran müharibəsi bir daha göstərdi ki, XXI əsrdə coğrafiya dəyişmir, amma onun mənası dəyişir. Dünən periferiyada görünən məkanlar bu gün qlobal sistemin mərkəzinə çevrilə bilər.
Azərbaycan da məhz belə bir mərhələdədir. Sual isə bundan sonrakı mərhələyə aiddir. Bu yeni status Azərbaycanın strateji gücünü artıracaq, yoxsa onu daha böyük geosiyasi risklərin mərkəzinə çəkəcək? Hər halda optimist olmaq üçün küfayət qədər əsas var...
Elbəyi Həsənli
mia.az
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib