Millimizin Qırğızıstanla oyunu ləğv edilib

img

19-09-2022 [17:42]


Bu gündən Bakıda təlim-məşq toplanışına start verən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik baş verib.

Mia.az AFFA-ya istinadla xəbər verir ki, sentyabrın 24-də Bakı Olimpiya Stadionunda (BOS) Qırğızıstan seçməsinə qarşı keçirilməsi planlaşdırılan yoldaşlıq oyunu ləğv edilib.

Buna səbəb rəqib komandanın Azərbaycana səfər edə bilməməsidir.

Qeyd edək ki, U-21 sentyabrın 27-də BOS-da Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA