Səfir Qüdsi Osmanov Ermənistanın təxribatından yazdı: “Azərbaycan regionda gərginliyin artmasında maraqlı deyil"
15-09-2022 [12:50]
Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun Ermənistanın genişmiqyaslı təxribatından bəhs edən “Azərbaycan regionda gərginliyin artmasında maraqlı deyil” başlıqlı məqaləsi Moldovanın nüfuzlu “NOİ”, “Rupor”, “Timpul”, “Realitetea”, “Tribuna”, “Dosarmedia” “Politik” xəbər portallarında, “TV8”, “Publika”, “Primelestiri” “Jurnal” televiziya kanallarında rumın və rus dillərində yayımlanıb.
Mia.az xəbər verir ki, məqalədə bu törədilməsində bilavasitə Ermənistan hakimiyyətinin siyasi məsuliyyət daşıdığı qeyd edilib.
“Ermənistan-Azərbaycan şərti sərhədində növbəti hərbi təxribata görə məsuliyyət Ermənistanın üzərinə düşür, çünki gərginliyin artması işğaldan azad edilmiş ərazilərin bərpası, onların gələcək inkişafını təmin etmək məqsədilə irimiqyaslı layihələr həyata keçirən Azərbaycanın maraqlarına birmənalı olaraq uyğun deyil”, - deyə Qüdsi Osmanov vurğulayıb.
Məqalədə səfir diqqəti Azərbaycanın regionda sülh, sabitlik, təhlükəsizlik və dinamik inkişafın təminatçısı olaraq daim xoşməramlı addımlar atmasına yönəldib.
“Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan regionun təhlükəsizliyi, sabitliyi və inkişafı naminə sülhə hazır olmaqla yanaşı, həm də bu sülhün təminatçısı kimi çıxış etməyə qadirdir. Azərbaycan nəinki təşəbbüs göstərir, həm də bunu praktikada tətbiq edir. Məsələn, Azərbaycan ərazisində saxlanılan daha 5 nəfər Ermənistan vətəndaşının birbaşa, üçüncü dövlətlərin vasitəçiliyi olmadan qarşı tərəfə təhvil verilməsi, hakimiyyət orqanlarının bu istiqamətdə addımlar atması, Qarabağ bölgəsinin yerli erməni sakinləri ilə dialoq qurması, regionda əlverişli infrastrukturun yaradılması təşəbbüsləri bir daha göstərir ki, Azərbaycan sülhsevər ölkədir”, - deyə səfir bildirib.
Məlum təxribatla əlaqədar, Azərbaycanla bağlı həqiqətlər, Ermənistanın sülh quruculuğuna qarşı yönəlmiş fəaliyyətini əks etdirən 40-dan artıq reportaj, məqalə, xəbər və məlumat operativ və ardıcıl olaraq Səfirliyin sosial şəbəkə hesablarında, eləcə də Moldovanın tanınmış yerli televiziya kanalları, xəbər portalları və mətbuatında rumın və rus dillərində yayımlanıb.
Moldovada yayımlanmış məlumatlarda təxribat və itkilərə görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü, Ermənistanı toqquşmaya sövq edən amillər, xarici işlər naziri Ceyhun Bayramovun ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığında müzakirə edilmiş məsələlər, Aİ-nin xüsusi nümayəndəsinin danışıqlar məqsədilə hər iki ölkəyə səfərinin nəzərdə tutulması, regionda gərginliyin artmasının Azərbaycanın marağında olmaması, Azərbaycanın bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin və dinamik inkişafın təminatçısı olması, Ermənistan təxribata əl atmaqla sülh müqaviləsinin imzalanmasının qarşısını almaq cəhdləri və digər vacib məsələlər öz əksini tapıb.
Səfir Q.Osmanovun Moldova KİV-də yayımlanmış məqaləsinin linkləri:
TV kanallar:
Xəbər portalları:
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)