“Beşiktaş”ın və Türkiyə millisinin futbolçusu güllələndi

img

21-04-2014 [12:05]



Türkiyənin "Beşiktaş” komandasının və Türkiyə yığmasının futbolçusu Gökhan Törə silahlı hücuma məruz qalıb.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, hadisə aprelin 20-də gecə baş verib.

"Beşiktaş” – "Fənərbağça” matçından sonra gecə klubuna əylənməyə gedən futbolçu burada naməlum şəxsin odlu silahdan açdığı atəşlə kürəyindən yaralanıb. G. Törə dərhal xəstəxanaya aparılıb və əməliyyat olunub. Onun həyatına təhlükə olmadığı bildirilir. Hadisə zamanı daha 4 nəfər yaralanıb.

"Beşiktaş” klubu faktı təsdiqləyib. Klub bir qədər sonra olayla bağlı rəsmi açıqlama yayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA