"Atletiko" "Barselona"nı devirdi, almanlar isə ingilislərə şans tanımadı - Çempionlar Liqası

img

10-04-2014 [10:17]


Çempionlar Liqasının yarımfinalçıları müəyyənləşib.

Bu gecə "Land of fire Azerbaijan" formalı "Atletiko" digər İspaniya təmçilçisi "Barselona"nı qəbul edib. Komanalar arasında ilk oyunda 1:1 hesablı bərabərlik qeydə alındığından komandaların mərhələni adlamaq şansları bərabər hesab olunurdu. Matçın 5-ci dəqiqəsində hesabı açan Madrid təmsilçisi bu üstünlüyünü sonadək qoruyub və yarımfinala yüksəlib - 1:0.  

Digər oyunda "Mançester Yunayted" səfərdə "Bavariya"nın qonağı olub. Bu komandaların da ilk oyunu 1:1 hesablı bərabərliklə başa çatdığından cütün taleyinə cavab matçında aydınlıq gələcəkdi. Rəqibini 3:1 hesabı ilə məğlub edən Münhen təmsilçisi yarımfinala adını yazdırmağı bacarıb.

Mia.az  xəbər verir ki, bununla da yarımfinalçılar bəlli olub. Yarımfinala vəsiqə qazanan 4 komandadan ikisi İspaniyanı, biri İngiltərəni, digəri isə Almaniyanı təmsil edir. 

Beləliklə, yarımfinalda "Atletiko" (Madrid, İspaniya), "Real" (Madrid, İspaniya), "Bavariya" (Almaniya) və "Çelsi" (İngiltərə) klubları mübarizə aparacaqlar. Bu mərhələnin püşkü sabah, Bakı vaxtı ilə saat 15:00-da atılacaq. 

Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları 22-23 və 29-30 aprel tarixlərində keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA