Ceyhun Bayramov Türkiyədə: nazir Yerevana xəbərdarlıq etdi: “Ermənistan istəsə də, istəməsə də..." - FOTO (Yenilənib)
09-08-2022 [17:12]
“Artıq Araz çayı üzərində ilk körpünün tikintisinə başlanılıb. Yəni bizim Azərbaycanın digər ərazilərindən Naxçıvana keçmək üçün alternativimiz var. Demək istədiyim odur ki, Ermənistanın prosesi ləngitməsinə baxmayaraq, bu layihə mütləq icra olunacaq”.
“TRT Haber”ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Ermənistan istəsə də, istəməsə də, Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında alternativ kommunikasiyaların yaradılması baş tutacaq. Sadəcə regional əməkdaşlıqdan kənarda qalmamaq üçün indi Ermənistana növbəti şans verilib. Qərarı isə özü verəcək. Hesab edirik ki, İrəvan düzgün qərar qəbul etməsə, ən böyük zərər özlərinə dəyəcək”, - o bildirib/Report.
Mia.az xəbər verir ki, nazir daha sonra əlavə edib ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatın bəzi maddələri icra olunub: “Azərbaycanın mövqeyi isə odur ki, bütün maddələr yerinə yetirilsin və selektiv yanaşma olmasın. Ən ciddi məsələ Ermənistan hərbçilərinin Qarabağdan çıxarılmasıdır. Bu, həmin üçtərəfli bəyanatın dördüncü bəndi üzrə Ermənistanın öhdəliyidir. Orada göstərilib ki, sülhməramlıların regiona gəlişinə paralel olaraq erməni hərbçiləri ərazini tərk etməlidir. 2020-ci ilin dekabr ayına qədər Ermənistan hərbi birləşmələri Qarabağdan tam çıxmalı idi. Lakin bu, indiyədək tam başa çatdırılmayıb. Azərbaycan bu maddənin icrasında israrlıdır. Və biz bunu Ermənistandan tələb edirik”.
Nazirin sözlərinə görə, son gərginlik Qarabağ bölgəsində bir neçə gün bundan öncə baş verib:
"Bunun əsas səbəbi ondan ibarətdir ki, Vətən müharibəsi başa çatandan və üçtərəfli bəyanat imzalandıqdan sonra biz bir neçə dəfə gərginliyin yaşanmasının şahidi olmuşuq. Bunların hamısının səbəbi Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir. Biz öhdəliklərin yerinə yetirilməməsi dedikdə konkret olaraq erməni silahlı dəstələrinin Qarabağ bölgəsindən çıxarılması mövzusunu nəzərdə tuturuq. Çünki Ermənistanın üçtərəfli bəyanata əsasən belə bir öhdəliyi var idi. Sülhməramlı qüvvələr bölgəyə daxil olan zaman qanunsuz erməni silahlı dəstələri oradan çıxarılmalı idi. Bunun əksinə olaraq orada hələ da qanunsuz erməni silahlı dəstələri qalmaqdadır. Avqustın 3-də isə onlar tərəfindən növbəti təxribat törədilib. Səhər saatlarında həmin təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin gənc əsgəri şəhid olmuşdu. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri elə həmin gün “Qisas” əməliyyatına start verib. Əməliyyat avqustun 3-də davam etdi. Qarabağ bölgəsində düşmənə sarsıdıcı zərbələr endirildi. Çoxsaylı müraciətlər və vasitəçilər tərəfindən qaldırılan müraciətlər nəticəsində axşam saatlarında əməliyyat dayandırıldı”.
XİN başçısı qeyd edib ki, Azərbaycan Ermənistandan təxribatlara son qoyulmasını tələb edir: “Ermənistan üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməlidir və bununla da gələcəkdə belə hallara yol verilməməlidir. Azərbaycanın bununla bağlı yanaşması birmənalıdır. Azərbaycanın ərazi bütövlüyü tam təmin olunacaq. Azərbaycanın öz suveren ərazilərində hansısa qanunsuz erməni silahlı dəstələrinin qalmasına yol verilməyəcək və bu tələb yerində olmaqla qalır. Bu dəfələrlə səsləndirilib. Hesab edirik ki, erməni tərəfi buna çox ciddi yanaşmalıdır”.
Ceyhun Bayarmov qeyd edib ki, 10 noyabr 2020-ci il, həmçinin xüsusilə kommunikasiya xətlərinin açılması ilə bağlı mövzuya həsr edilmiş 12 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlara əsasən, kommunikasiyaların açılması, Azərbaycanın qərbi regionları ilə Naxçıvan arasında əlaqənin açılması orada yazılıb: "Orada Azərbaycan tərəfinə heç bir məhdudiyyətlər tətbiq edilmədən keçid təmin etmək Ermənistanın öhdəliyidir. Bu istiqamətdə işlərin həyata keçirilməsi ilə bağlı hələ 2021-ci ilin yanvar ayında Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin rəhbərliyi ilə üçtərəfli komissiya yaradılıb. Həmin o komissiya fəaliyyətə başlasa da, bir il yarımdan artıq müddət keçməsinə baxmayaraq, hələ də yekun nəticələr yoxdur, müxtəlif bəhanələrdən istifadə edərək Ermənistan tərəfi bu məsələni ləngitməklə məşğul olur. Təbii ki, bu gün biz bu məsələyə baxsaq, komissiyada müzakirə olunan mövzulara baxsaq, ötən dövr ərzində mövqelərin xeyli yaxınlaşması müşahidə edilir. Lakin hesab edirik ki, burada səmimi niyyət olsaydı, artıq bu məsələni çoxdan yekunlaşdırmaq mümkün olardı”.
XİN başçısı vurğulayıb ki, orada heç bir açıq məsələ, çox böyük problem yaradan mövzular olmamalıdır:
“Biz bunu süni ləngitmələr kimi qəbul edirik. Bununla yanaşı Azərbaycanın öz ərazisində gördüyü işlər bu məsələyə Ermənistandan fərqli olaraq nə qədər ciddi yanaşmasının sübutudur. Çünki həmin o danışıqları aparmaqla paralel olaraq Azərbaycan ərazisində həm quru, həm dəmiryollarının Ermənistan sərhədinədək tikintisi istiqamətində uğurlu işlər davam etdirilir. İşlərin icra səviyyəsi 50 %-in üzərindədir və 2023-cü ildə hər iki istiqamətlə bağlı Azərbaycan öz ərazisində işləri yekunlaşdıracaq”.
Şuşa Bəyannaməsinə toxunan nazir bildrib ki, bu Bəyannamə artıq mövcud olan qardaşlıq və müttəfiqlik səviyyəsini rəsmiləşdirdi: "O, həm bizim, həm də Türkiyənin daxili qanunvericiliyinin önəmli parçası oldu. Bu artıq gələcək nəsillər üçün də tarixin önəmli hissəsidir. 15 iyun 2021-ci il tarixində Azərbaycanla Türkiyə arasında tarixi Şuşa Bəyannaməsi imzalandı. Bununla da rəsmən Türkiyə-Azərbaycan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib. Ancaq mən düşünürəm ki, bir qədər öncəki tarixə nəzər salsaq, Azərbaycan-Türkiyə münasibətlərinin dərin tarixə malik olduğunu görərik. Bu qardaşlıqdır, ortaq etnik mədəniyyət bağlarıdır. Lakin biz son 30 ildən az olan müddət ərzində iki müstəqil dövlət olaraq münasibətlərimizin inkişafına baxsaq görərik ki, nə qədər böyük və sürətli yol keçmişik. Azərbaycan-Türkiyə münasibətləri olduqca müsbət və intensiv inkişaf edirdi. Bunlar hamısı göz önündə idi və bütün sahələrdə çox ciddi bir yaxınlaşma, çox ciddi bir əməkdaşlıq mövcud idi”.
Nazir vurğulayıb ki, nəinki sülh, hətta savaş zamanı da Türkiyənin Azərbaycana göstərdiyi dəstək ən yüksək səviyyədə olub: “Bu bir daha da onu sübut etdi ki, Azərbaycanla Türkiyə arasında olan münasibətlər sözün əsl mənasında dünya çapında bənzərsiz səviyyəyə yüksəlib. Bilirsiniz ki, bir-birinə yaxın olan, etnik, mədəni, dini yaxınlığı olan qonşu ölkələr çoxdur. Ancaq Türkiyə-Azərbaycan arasında olan yaxın münasibətlərin başqa bir nümunəsi yoxdur və Şuşa Bəyannaməsi artıq mövcud olan qardaşlıq və müttəfiqlik səviyyəsini rəsmiləşdirdi. Həmin o saziş həm Türkiyə, həm də Azərbaycan parlamentində ratifikasiya edilib. O, həm bizim, həm də Türkiyənin daxili qanunvericiliyinin önəmli parçası oldu. Bu artıq gələcək nəsillər üçün də tarixin önəmli hissəsidir”.
***
Türkiyəyə işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin aparıcı media agentliklərinə müsahibə verib.
Mia.az Xarici İşlər Nazirliyinə istinadla bildrir ki, nazir Ceyhun Bayramov "TRT World", habelə "Hürriyyət", "Anadolu" agentliyi, "Haber Global" və "Daily Sabah" müxbirlərinin 44 günlük Vətən müharibəsindən sonra post-münaqişə mərhələsində bölgədə sülh və əminamanlığın təmin olunması istiqamətində səylər, Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlar, Ermənistanın Azərbaycana qarşı son təxribatları, Ermənistanın Üçtərəfli Bəyanatları pozması və öhdəliklərini yerinə yetirməməsi, Türkiyə-Ermənistan normallaşma prosesi, Zəngəzur dəhlisi üzrə işlər, Şuşa bəyannaməsindən irəli gələn tədbirlər, habelə Londondakı səfirliyimizə radikal dini qruplaşmaların hücumu barədə sualları cavablandırıb.
Nazir media nümayəndələrinə Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksək səviyyəsi və çoxsaylı əməkdaşlıq istiqamətləri, bölgədə sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına dair Azərbaycanın baxışları və addımları, ölkəmiz tərəfindən aparılan bərpa və yenidənqurma işləri, nəqliyyat-kommunikasiya xəttlərinin bərpası, habelə mina təhlükəsi barədə məlumat verib, digər qarşılıqlı maraq doğuran sahələrdə müzakirə aparılıb.
RƏSMİ BAKI İRANA HÜCUMLA BAĞLI BƏYANAT VERDİ
İranda məktəb vurulub - 160 şagird ölüb (Yenilənib)
Ramazanın 11-ci gününün duası: imsak və iftar vaxtı
Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
ABŞ və İSRAİLİN İRANA HÜCUM DAVAM EDİR - Dini liderin ofisi də vurulub (AÇIQLAMALAR)
"Sanki bizim irəli getməyimizi istəmirlər, ayağımızdan tutub aşağı salırlar" - "Neftçi"nin baş məşqçisi elə sözlər dedi ki... (VİDEO)
İran XİN başçısı: "Güclü silahlı qüvvələrimiz düşmənə haqq etdikləri dərsi verəcək"
AAYDA-dan daha bir xəbər - Baş nazirin birinci müavini və Saleh Məmmədovla qonşu olan rəis haqqında şok iddialar yayıldı
İran ABŞ-ın Qətərdəki RLS-sistemi məhv edib
Rusiya prezidentinin təltif etdiyi həmyerlimiz... - Səyyad Əliyev kimdir? (FOTOLAR)
"Şamaxı" "Neftçi" oyunu: matç 4 qolla bitdi - Bakı komandasının oyunçusu zədələndi (VİDEOLAR, YENİLƏNİR)
"Şamaxı" - "Neftçi" oyununda meydanı duman basdı - VİDEO, FOTO
"Şamaxı"nın azarkeş xanımlarından proqnoz - VİDEO
İRAN 6 ÖLKƏDƏ ABŞ BAZALARINI VURDU: "Heç bir qırmızı cizgimiz yoxdur, hər bir hədəf..."
AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırıb
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycan XİN-dən İsrailə səfər edən vətəndaşlara - Xəbərdarlıq
Rəsmi Bakı İrandakı vətəndaşlarımıza xəbərdarlıq etdi - Əlaqə məlumatları paylaşıldı
Gəncədə uşaq bağçasının dam örtüyü uçub
Azərbaycanda yeni "xidmət": "Qurbağalar dalaşanda ayırırıq" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Prezident sərəncam imzalayıb - Sosial şəbəkələrlə bağlı
Arif Həşimov: "Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı
Çempionlar Liqasında püşk: "Qalatasaray" "Liverpul"a rəqib oldu
Könül Eminovanın öldürülməsi ilə bağlı cinayət işi açılıb
Şamaxı rayonunda zəlzələ olub