"Turan Tovuz" evində "Qəbələ"yə uduzub

img

08-08-2022 [19:36]


Bu gün  Azərbaycan Premyer Liqasında "Turan Tovuz" evdə "Qəbələ" ilə qarşılaşıb.

Mia.az xəbər verir ki, Tovuz kmandası evində məğlub olub - 0:2

Bu nəticədən sonra "Qəbələ" 3 xalla 3-cü pillədə qərarlaşıb. "Sabah", "Qarabağ", "Zirə" və "Neftçi"də eyni xala malikdir. Xalı olmayan "Turan Tovuz" isə 9-cı sırada yer alıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Kəpəz"i 2:1, "Qarabağ" evdə "Səbail"i 3:1, "Neftçi" "Şamaxı"da eyniadlı komandanı 1:0, "Sabah" isə evdə "Sumqayıt"ı 3:0 hesabı ilə məğlub edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA