Boks üzrə məşqçi azyaşlını maşında zorlayıb? - “Qorxduğumdan avtomobilin siqnalını basırdım ki...”
26-07-2022 [17:19]
Abşeron rayonunda 1990-cı il təvəllüdlü Səbuhi tanışı Nərminəyə (adlar şərti verilib – red.) seksual xarakterli hərəkətlər edib.
Mia.az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə rayonun Məhəmmədi kəndində baş verib.
Səbuhi yetkinlik yaşına çatmayan Nərminənin döyüb, onunla zorla qeyri-təbii yolla cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən Səbuhinin barəsində Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səbuhi ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Nərminə ilə dostu Namiqin vasitəsi ilə tanş olub: “Bir müddət sonra Nərminə mənə sosial şəbəkədə yazmağa başladı. Bir dəfə məndən xalçaları nənəsigilə aparmağa kömək etməyimi xahiş elədi. Mən də razı oldum. Xalçaları maşınıma qoyub nənəsinin evlərinə yollandıq.
Evlərinə çatanda Nərminə mənə dedi ki, nənəm səni görməsin. Bu sözə görə Nərminəyə irad tutdum və ona taksi olmadığımı bildirdim.
Nərminə maşını bir az qabağa sürdürdü. Buna görə əsəbiləşdim və onun üstünə qışqırdım. Nərminə qışqıraraq kömək istədi və maşından düşdü. Onu sakitləşdirdim, maşına oturtdum və evlərinin yanında düşürdüm. Nərminəyə bir daha mənə yazmamağı tapşırdım. Bundan sonra o, məni şərləyərək tutdurdu”.
Səbuhi qeyd edib ki, Nərminə ilə qeri-təbii yolla cinsi əlaqdə olmayıb, əsəbiləşdiyi üçün həmin günü onu döyüb.
“Mənə mesajlar yazdı”
Zərərçəkmiş Nərminənin sözlərinə görə, anası Səmayə, bacısı Məlahət, qardaşı Fuadla birlikdə yaşayır: “Namiqi xeyli müddətdir tanıyıram. Əvvəllər yaşadığım 7-ci mikrorayon ərazisinə gəlib-gedib və təxminən iki ildir dostluq münasibətlərində olmuşuq. Başqa heç bir münasibətimiz olmayıb.
İnstaqram sosial şəbəkəsindən bildim ki, Namiq boksla məşğuldur, Səbuhi adlı şəxs də onun məşqçisidir. Bu məlumatları Namiqin İnstaqram sosial şəbəkə səhifəsindən öyrəndim.
Lakin Səbuhi ilə başqa heç bir şəxsi tanışlığım olmayıb. Hətta o, bir neçə dəfə mənə İnstaqramda tanış olmaqla bağlı mesajlar yazıb. Lakin tanış olmamışam”.
“Dedim ki, vaxtım yoxdur”
Nərminə bildirib ki, təxminən məlum hadisədən iki həftə əvvəl Namiqlə İnstaqramda danışaraq görüşmək barədə razılaşıblar: “Görüş yerini də metronun “Azadlıq” stansiyasının yaxınlığında binaların arasını təyin etdik. Razlaşdığımız gün metronun “Azadlıq” stansiyasının yaxınlığında binaların arasında onu gözlədim.
Namiq görüş yerinə Səbuhi və tanımadığım başqa bir nəfər şəxslə gəldi. O məni məşqçisi Səbuhi ilə tanış etdi. Namiq və Səbuhi ilə təxminən 5-10 dəqiqə metronun “Azadlıq” stansiyasının yaxınlığında binaların həyətində söhbət etdik. Bildirdim ki, çox vaxtı yoxdur və Abşeron rayonu Fatmayi qəsəbəsində yaşayan nənəm Mahirənin evinə getməliyəm.
Səbuhi məni nənəmin evinə aparmağı təklif etdi. Mən də etiraz etmədim. Namiq, Səbuhi və tanımadığım daha bir nəfər şəxs onun idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığım avtomobilə əyləşdik, Fatmayi qəsəbəsinə getdik”.
“Məni nənəmin evinə apardı”
Nərminənin ifadəsinə görə, Fatmayi qəsəbəsində avtomobildən enib və nənəsinin evinə gedib:
“Səbuhi ilə tanış olduqdan sonra o, mənə İnstaqramda yazmağa başladı. Mən də onun mesajlarını cavablandırdım. Görüşlərimizdən təxminən bir həftə sonra Səbuhi ilə yazışaraq metronun “Azadlıq” stansiyasının yaxınlığında “Zümrüd” restoranının yanında görüşdük.
Səbuhi dövlət qeydiyyat nişanını xatırlamadığım “Chevrolet Cruz” avtomobili ilə gəlmişdi. O məndən hara gedəcəyimi soruşdu. Bildirdim ki, Fatmayidə yaşayan nənəmin evinə gedəcəm. Səbuhi məni nənəmin evinə apardı”.
“Etiraz etmədim”
Zərərçəkmiş qeyd edib ki, 19 iyul 2020-ci ildə Səbuhi ilə İnstaqramda ünsiyyətdə olarkən bir-birlərinə telefon nömrələrini veriblər: “İyulun 20-də saat 18 radələrində yaşadığım Məhəmmədi qəsəbəsində evdə olarkən telefona baxdım və gördüm ki, Səbuhi mənə cavabsız zəng edib. Bu səbəbdən də Səbuhiyə zəng etdim və məni axtarmasının səbəbini soruşdum. Bildirdi ki, sadəcə kefimi soruşmaq üçün zəng edib. Sonra mənim nə edəcəyim barədə soruşdu. Yenə bildirdim ki, nənəmin evinə gedib, oradan xalça götürərək evimizə qayıtmalıyam.
Səbuhi məni nənəmin evinə aparacağını bildirdi. Əvvəlcə razılaşmadım. Lakin onun təkidini görəndə etiraz etmədim”.
“Yolda ona sevgilimdən danışdım”
Zərərçəkmiş bildirib ki, Səbuhiyə yaşadığı evin yerini başa salıb: “Təxminən 20-25 dəqiqə sonra Səbuhi yaşadığım evin yaxınlığına gəldi və mənə zəng etdi. Küçəyə çıxıb Səbuhinin olduğu yerə gəldim, Mehdiabad qəsəbəsinə getdik. Səbuhiyə bildirdim ki, buradan özüm nənəmin evinə gedəcəm. O, taksi ilə məni Fatmayi qəsəbəsində yaşayan nənəmin evinə yola saldı və bildirdi ki, evə qaytarmaq üçün həmin yerdə məni gözləyəcək.
Təxminən 10 dəqiqə sonra nənəmin evindən xalçaları götürdüm və həmin taksi ilə evə qayıdarkən Səbuhidən zəng gəldi, Mehdiabad qəsəbəsində məni gözlədiyini söylədi.
Mehdiabadda taksidən endim. Səbuhi xalçaları öz avtomobilinin arxa oturacaqlarının üzərinə yüklədi. Mən də avtomobilin ön oturacağında əyləşdim. Biz yaşadığım ev istiqamətində getməyə başladıq.
Yolda bir il əvvəl sevgi münasibətlərim olduğu Samir barəsində söhbət etdim. Dedim ki, o, həmişə yalan danışıb məni aldadırdı. Səbuhi Samir haqqında danışmağıma etirazını bildirdi.
Bu zəmində söhbət edərkən Səbuhi avtomobillə evimizin küçəsindən irəli keçdi. Ondan evimizin döngəsinə sürməyi xahiş etdim. Səbuhi də dedi ki, dönüb geri qayıdacaq”.
“Burnumdan xəsarət aldım”
Nərminə qeyd edib ki, sonra Səbuhi avtomobilini Paket zavodunun yaxınlığına heç kimin olmadığı yerə sürüb: “Səbuhi orada avtomobilini saxladı. Saat təxminən 20 radələri idi. Avtomobili saxladıqdan sonra əlini boynuma dolayaraq özünə tərəf çəkdi, bir neçə dəfə öpdü. Etiraz etdikdə üstümə qışqırdı və mobil telefonunu üzümə çırpdı. Burumdan xəsarət aldım.
Cəld avtomobildən endim, arxa qapını açaraq xalçaları düşürtdüm. Arxamca Səbuhi də avtomobildən endi. Mənə yaxınlaşan kimi şillə ilə sol üz nahiyəmdən vurdu, xalçaları avtomobilə yığmağımı tələb etdi. Ətrafda heç kim yox idi. Qorxduğumdan Səbuhinin dediyi kimi xalçaları arxa oturacağa yığdım. Özüm isə ön oturacaqda əyləşdim”.
“Qorxduğumdan avtomobilin siqnalını basırdım ki...”
Nərminənin sözlərinə görə, bundan sonra Səbuhi yenə də əlini onun boynuna salaraq özünə tərəf çəkib və bir neçə dəfə öpüb: “Sonra şalvarını çıxardı, məndən “oral” seks tələb etdi. Xahiş elədim ki, məni buraxsın. Onun dediklərindən də imtina etdim. Məni qucağına oturdaraq öpməyə davam elədi. Qorxduğumdan avtomobilin siqnalını basırdım ki, kimsə siqnal səsini eşidər və bizə yaxınlaşar. Lakin kimsə yox idi.
Bundan sonra Səbuhi əynimdə olan maykanı və yuxarı alt paltarımı qaldırdı, sinəmdən öpməyə başladı. Ondan küçədə söhbət etmək üçün məni buraxmasını xahiş etdim. Əvvəl etiraz etdi, sonra razlaşdı. Qapını açan kimi qaçmağa başladım. Səbuhi də arxamca düşdü, üstümə qışqırdi, qarnıma yumruqla vurdu və yenidən avtomobilinə əyləşdirdi.
"Avtomobili daşla hasarlanmış, darvazası və içərisində tikilisi olmayan həyətə sürdü”.
Nərminə deyib ki, həmin vaxt qorxduğu və özünü itirdiyi üçün Səbuhi onu həmin yerdə avtomobildən endirib: “Əvvəlcə məni arxa hissəm üzrə avtomobilə sıxdı, əynimdə olan şalvarın kəmərini açdı. Mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Bu zaman güclü ağrı hiss etdiyimdən qışqırdım. Buna görə də hərəkətlərini dayandırdı. Paltarımızı geyindik, Səbuhi məni evimizə apardı.
Evdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim. Məni və anamı Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinə çağırdılar. Orada anam hadisə barədə ərizə ilə müraciət etdi, mənim də hadisə ilə bağlı izahatımı aldılar. Səbuhini polis əməkdaşları 15-ci polis bölməsinə gətirdilər”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Səbuhi 6 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
TRAMP BÖLGƏYƏ ƏLAVƏ HƏRBİ GÜC GÖNDƏRİR: "İran ya bizimlə razılığa gələcək, ya da..."
Türkiyənin bir bölgəsində məktəblər bağlandı - Qara görə
Türkiyədə bələdiyyə sədrinə qarşı ittiham - 44 il həbs gözləyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aşıq Telli Borçalıya ağır itki üz verib
İzmirdə FETÖ-ya qarşı növbəti əməliyyat: 12 nəfər saxlanılıb
Makrondan Epşteynlə bağlı suala belə cavab verdi: "Məhkəmə sistemi öz işini görməlidir"
BMT Baş katibi ilə Hakan Fidan telefonda müzakirə aparıb
Türkiyə hərbçiləri NATO-nun nəhəng təliminə qatılacaq
"Patron"dan zəhərlənmə şikayətinə maraqlı reaksiya: "Məhsulun içindən xırda daş, başqa şeylər çıxa bilər"
Türkiyədə dənizdə Rusiya-Ukrayna müharibəsində vurulmuş PUA-sı qalığı tapıldı - FOTO
"Sivasspor"da baş məşqçi təyinatı oldu
Deputatın şirkəti il başlar-başlamaz 10,7 milyonluq sifariş alıb – “Azəri Med” hansı qurumların tenderlərini qazanıb?
Ruben Vardanyan Bakıda məhkəmədə - Erməni milyonçu Füzulinin şeirini və Hüseyn Cavidin poemasını oxudu
Qurban Qurbanov: "Futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil"
Agentlik sədrinə birinci müavin və müavinlər təyin edildi - Onlar kimdir? + FOTOLAR
Aqrar Sığorta Fondu satınalma haqqında qanunu pozub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
MƏHKƏMƏ RAMİZ MEHDİYEVLƏ BAĞLI QƏRAR VERDİ
"Şamaxı" "Qarabağ"a uduzub
Daha bir qanuna dəyişiklik edilib
"Sülhün əldə edilməsi yalnız ilk addımdır və..." - ABŞ vitse-prezidenti Bakıya gəlir
"Cərrahpaşalı Halit"in "bacı"sı vəfat edib
"Beşiktaş" Vatslav Çerni ilə bağlı açıqlama yaydı
Hava limanənda 27 ədəf xəz dəri məmulatları aşkarlanıb
YENİ NAZİR KİMDİR? - Maraqlı məlumatlar
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDR SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu