Məhkəmə başladı: "Hamımız şokdayıq" - Müəlliəmi güllələyən şagirdin atası danıışdı (VİDEO)
KRİMİNAL
05.06.2026, 12:58
"İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin cinayət işi üzrə keçirilən ilk məhkəmə hazırlıq iclası təxirə salınıb.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, buna səbəb təqsirləndirilən yeniyetmənin müdafiəçisinin prosesdə iştirak etməməsi olub.
Vəkil olmasa da, təqsirləndirilən şagirdin valideynləri məhkəməyə gəlib. Qanuni nümayəndə qismində şagirdin anası Z.Şirinova tanınıb. Sədrlik edən hakim həm yeniyetməyə, həm qanuni nümayəndəyə bütün hüquq və vəzifələrini izah edib. Vəkil iştirak etmədiyindən iclas 17 iyuna kimi başqa tarixə salınıb.
Məhkəmə prosesindən sonra təqsirləndirilən yeniyetmənin valideynləri ilk dəfə olaraq “Qafqazinfo”nun əməkdaşının suallarını cavablandırıblar. Şagirdin atası Samir Şirinovun sözlərinə görə, oğlunun belə bir hadisə törədəcəyi heç vaxt ağıllarına gəlməzdi: “Ondan heç vaxt belə bir hərəkət gözləməzdik. Üç övladım var, onlardan ikisi ali təhsil alır. Bu da dərslərində uğurlu idi, təhsilini ingilis dilində alırdı. Müəllimi ilə arasında prinsipial münasibət olması, əvvəlcədən ona qarşı kin bəsləməsi və digər deyilənlər yalandır. Hadisə gözlənilmədən baş verib. Hamımız şokdayıq. İndi də hər şey məhkəmə araşdırmasının nəticəsindən asılıdır”.
Fotoda: Güllələnən müəllim Şəhla Kamilova

Samir Şirinov cinayət işinin istintaqı çərçivəsində özünün də ifadə verdiyini təsdiqləyib: “Bəli, mən də prokurorluqda dindirilmişəm. Hazırda hadisədə istifadə olunan silahın necə saxlanılması və digər hallarla bağlı araşdırmalar davam edir. Görək necə olacaq”.
Yeniyetmənin anası Z.Şirinova həyat yoldaşı kimi oğlunun sakit, tərbiyəli və ağıllı uşaq olduğunu deyib. Ana övladı barədə danışarkən göz yaşlarını saxlaya bilməyib, sadəcə ailənin baş verənlərdən dərin sarsıntı keçirdiyini əlavə edib.
Xatırladaq ki, hadisə bu ilin fevralında Bakıda yerləşən “İdrak” liseyində baş verib. 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngi ilə təhsil aldığı məktəbə gələrək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Ağır yaralanan müəllimin həyatını xilas etmək mümkün olub, sonradan o, şagirdi bağışlayıb.
Şagird hazırda Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.
Sail Ağasəlim
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Qazaxıstan buğda idxalına qadağa qoyub
Bugün, 11:43 İQTİSADİYYAT
-
Günay Malikqızı vəzifədən niyə ayrılıb? - Açıqlama
Bugün, 11:39 PRESS
-
Fəsillər insan psixologiyasına necə təsir edir? - Psixoloq rəyi
Bugün, 11:39 CƏMİYYƏT
-
İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul edib - FOTOLAR (Yenilənib)
Bugün, 11:32 GÜNDƏM
-
Milli Depozit Mərkəzində yeni təyinat oldu
Bugün, 11:07 İQTİSADİYYAT
-
Arıqlama məhsullarının tərkibində təhlükəli maddələr aşkarlanıb
Bugün, 10:43 CƏMİYYƏT
-
Zelenski həmyerlimizlə bağlı sərəncam imzaladı
Bugün, 10:32 SİYASƏT
-
Türkiyədə daha bir sərnişin avtobusu aşdı: 24 yaralı
Bugün, 10:31 KRİMİNAL
-
YENİ BİNLARADA KV.METR FIRILDAĞI... - Ali Məhkəmə mübahisəli vəziyyətlə bağlı izahat yaydı
Bugün, 10:02 GÜNDƏM
-
Azərbaycan nefti daha 2 dollar bahalaşdı - Qara qızıl neçəyədir?
Bugün, 09:59 İQTİSADİYYAT
-
İran ordusu Amerikanın bölgədəki bazalarına zərbə endirib
Bugün, 09:54 DÜNYA
-
Xankəndidə bitişik bir neçə ev yanıb
Bugün, 09:50 CƏMİYYƏT
-
“İraqa getməyin” – ABŞ-dan vətəndaşlarına xəbərdarlıq
Bugün, 09:32 DÜNYA
-
“İran ABŞ-Ia danışıqları davam etdirir və…” – "Tramp buna sakit yanaşmayacaq”
Bugün, 09:24 GÜNDƏM
-
Hava limanı, körpülər… - ABŞ İranda mülki obyektləri vurub
Bugün, 09:16 GÜNDƏM
-
Özgür Özəlin Yeni Partiyası… - 24 il sonra Türkiyədə bir ilk yaşana bilər
Bugün, 09:02 SİYASƏT
-
TV RƏHBƏRİ SAXLANLDI - Məşhur yutuber dələduzluqda ittiham olunur
Bugün, 08:48 PRESS
-
Türkiyədə yenə zəlzələ oldu
Bugün, 00:29 GÜNDƏM
-
Rəsmi Tehrandan daha bir bəyanat: “Diplomatiyaya bir daha xəyanət etdilər”
Bugün, 00:17 GÜNDƏM
-
Qətər XİN İranla bağlı yayılan xəbəri təkzib edir
Bugün, 00:11 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
ABŞ ordusu İrana növbəti hücuma start verdi – Güclü partlayışlar baş verir
16.07.2026, 23:18 GÜNDƏM
-
Zelenski Hakan Fidana orden verdi – FOTOLAR
16.07.2026, 22:53 SİYASƏT
-
Konfrans Liqası: "Zirə" Gürcüstanda "Torpedo"ya qalib gəldi (YENİLƏNİB)
16.07.2026, 21:20 İDMAN
-
Odessada Azərbaycan vətəndaşlarının olduğu gəmiyə hücum... - Kapitanın meyiti tapıldı (Yenilənib)
16.07.2026, 20:42 GÜNDƏM
-
“Qarabağ” klubu kasıblayıb? - Telekanaldan fantastik məbləğ istəyirlər (AÇIQLAMA)
16.07.2026, 19:16 PRESS
-
"Siz həqiqətən də Sülh İnsanısınız" - Prezident İlham Əliyevdən Donald Trampa mesaj
16.07.2026, 18:37 GÜNDƏM
-
Haluk Levent və “Ahbar”ın rəhbər şəxslərinin əmlaklarına həbs qoyuldu
16.07.2026, 18:24 GÜNDƏM
-
Nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanların sayı artırıldı
16.07.2026, 18:03 CƏMİYYƏT
-
Qadınları şantaj edən şəxslər saxlanıldı - Polis əməliyyatı
16.07.2026, 17:52 KRİMİNAL
-
Bakı Şəhər Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
16.07.2026, 17:28 CƏMİYYƏT
-
Deputat Kəmaləddin Qafarov Naxçıvana "ayaq açdı" - 5 milyonluq tenderdə qalib oldu
16.07.2026, 17:12 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
16.07.2026, 17:00 İQTİSADİYYAT
-
Mənzil kirayəsi: müqaviləsiz hansı risklər var?
16.07.2026, 16:47 CƏMİYYƏT