ABŞ Konqresinin üzvləri Ermənistana səfəri ləğv ediblər

img

05-07-2022 [11:03]


ABŞ Konqresinin üzvləri Ermənistana iyunun 30-na nəzərdə tutulan səfəri ləğv ediblər.

Məlumatı “Hraparak” yayıb.

Bildirilib ki, nümayəndə heyətinin Ermənistan parlamentinin sədri Alen Simonyan və başqa fraksiyaların başçıları ilə görüşləri planlaşdırılsa da, səfər ləğv olunub.

Belə ki, konqresmenlər son anda Ermənistan parlamentinin sədrinə müraciət edərək hazırda səfər edə bilməyəcəklərini bildiriblər. Onlar səfəri ləğv etmələrinin səbəbini açıqlamayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:04 14.08.2022

XIN-dən Pakistana - Mesaj