"Lex"inin kapitanı "Qarabağ"a qarşı oyundan danışdı: "Bizim də təcrübəmiz çoxdur"

"Lex"inin kapitanı  "Qarabağ"a qarşı oyundan danışdı: "Bizim də təcrübəmiz çoxdur"

İDMAN

04.07.2022, 18:05

"Çempionlar Liqasının təsnifat mərhələsində çıxış etdiyimiz üçün xoşbəxtik. Hər bir komanda belə turnirdə oynamaq istəyər".

Məlumata görə, bunu Polşa "Lex"inin kapitanı Mikael İshak evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

İsveçli hücumçu bildirib ki, avrokuboklarda çıxış edirsənsə, 2-3 gündən bir oynamağa hazır olmalısan: "2 il öncə bu halla üzləşmişik. Əlbəttə, çox çətindir. Amma bizim də təcrübəmiz çoxdur".

Qeyd edək ki, iyulun 5-də Poznandakı eyniadlı arenada oynanılacaq "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab qarşılaşması 1 həftə sonra Bakıda keçiriləcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR