İlham Əliyevlə Şavkat Mirziyoyev arasında maraqlı dialoq: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq" - FOTOLAR
GÜNDƏM
22.06.2022, 21:02
İyunun 22-də Xivə şəhərində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə qəbul təşkil edilib.
Mia.az xəbər verir ki, qəbulda konsert proqramı təqdim olunub.
Dövlət başçıları incəsənət ustalarının çıxışlarını dinləyib, onlarla söhbət ediblər.
Prezident Şavkat Mirziyoyev: Əvvəlcə, bu gün bizim sənətçilər dostum, qardaşım İlham Heydər oğluna gözəl Xivədə, Özbəkistanda bizim mədəniyyətimizi, sənətimizi və onların yaxınlığını göstərdilər. Mən Sizə olduqca minnətdaram və bu gün çox qurur hissi keçirdim ki, qardaşımla bir dildə danışdıq və aramızda tərcüməçi yox idi. Bu sənətçilər bizim mədəniyyətimizi, tariximizi, soykökümüzü, birliyimizi dərin sevgi, məhəbbət və ehtiramla tərənnüm etdilər, göstərdilər ki, bu iki böyük xalqın tarixi birliyi və gələcəyi həqiqətən də sarsılmazdır. Biz dünəndən dostluğumuz, əlaqələrimiz haqqında danışır və müzakirələr aparırıq. Lakin bu gün bizə bunu əməli olaraq sənət ilə göstərdiniz. Mən sizə minnətdaram.
Son illər bizim mədəniyyətimizə, tariximizə, ümumiyyətlə, makomumuza və muğamımıza ehtiramla yanaşmağımız təqdirəlayiqdir. İllər ötəcək, əsrlər keçəcək və gələcəkdə siz bu mədəniyyətin iştirakçıları olacaqsınız. Övladlarınız, qonşularınız, dostlarınız həmişə bu mədəniyyət ilə təmasda olacaqlar. Mən qardaşım İlham Heydər oğluna məmnuniyyətlə demək istəyirəm ki, bu gün sənətçilər bizə Yeni Özbəkistanda yeni mədəniyyəti göstərdilər.
Prezident İlham Əliyev: Qardaşım Şavkat Miromonoviçin bütün dediklərini mən anladım, tərcüməçiyə ehtiyac qalmadı. Mənim dövlət səfərim bu gün başa çatır. Dünən Daşkənddə, bu gün Xivədə, Ürgəncdə, Xarəzm vilayətində olmağımdan çox məmnunam. Dünən və bu gün bir daha gördüm ki, xalqlarımız bir-birinə nə qədər yaxındır. Mədəniyyətimiz, incəsənətimiz, ümumiyyətlə, xalqlarımızın kökləri birdir. Bu gün Azərbaycan dilində oxunan mahnılar, nəğmələr sanki Azərbaycan müğənniləri tərəfindən ifa olundu. Heç bir ləhcə, şivə yoxdur. Bu, nəyi göstərir? Xalqlarımızın birliyini. Siz Türk mədəniyyətimizi tərənnüm edən ifaçılar, sənətkarlar və mədəniyyət ustadları bizim fəxrimizsiniz.
Şavkat Miromonoviçlə bu masa arxasında söhbət əsnasında o, hər bir ifaçının adını bilirdi. Bilirdi harada oxuyub, bu, Bakıda oxuyub, o orada oxuyub, bu, mədəniyyət naziridir, o orada. Bu, onu göstərir ki, Prezident hər bir sənət adamının məsələləri ilə şəxsən məşğul olur. Onun sizə olan sevgisi özbək xalqına olan sevgisidir.
Bu gün yeni Özbəkistanı mən özüm üçün kəşf etdim. Yeni Özbəkistan qardaşımın simasında, sizin simanızda çiçəklənir. Yeni Özbəkistanın həyatı uğurlu olsun, xeyirli olsun. İnşallah, hamımız - özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq.
Prezident Şavkat Mirziyoyev: İnşallah.
Prezident İlham Əliyev: Bu papaqlardan bizdə də var. Xarəzm şivəsi, ləhcəsi Azərbaycan dilinə çox oxşayır. Biz bu papağa Buxara papaq deyirik.
Prezident Şavkat Mirziyoyev: Biz ilk gündən qardaşım İlham Heydər oğlu ilə xeyli məsələləri reallaşdırmaq, birliyimiz, həmrəyliyimiz, ən əsası dinc yaşayışımız, firavanlığımızla bağlı çox fikir mübadiləsi apardıq və qərarlar qəbul etdik. Gələcək əməkdaşlığımızla bağlı böyük planları müzakirə etdik. Mən bir məsələni sizlərə bildirmək istəyirəm ki, iqtisadiyyat, siyasət vacibdir, lakin bizi birləşdirən əsas dəyər mədəniyyətdir. Düşünürəm ki, bizləri birləşdirən möhkəm vasitə mədəniyyətdir. Biz razılaşdıq ki, heç olmasa üç aydan bir qarşılıqlı səfərlər reallaşdıraq, gediş-gəlişi artıraraq mədəni birliyimizi yeni müstəviyə qaldıraq.
Cari ilin noyabrında Səmərqənd şəhərində keçiriləcək görüşümüz zamanı orkestrimizin iştirakı ilə muğam və makom sənətinə dair Füzuli, Nəvai şeirləri əsasında birgə konsert təşkil etmək necə də gözəl olar. Düşünürəm ki, Siz buna bir ay hazırlaşsanız, nə qədər yüksək nəticə əldə edə bilərsiniz. Heç bir niyyətimiz, amalımız mədəniyyətsiz, mədəniyyətlə təmasda olmadan reallaşa bilməz.
Özbəkistanın paytaxtı Daşkənd öz yerində, Xivədə, Xarəzm vilayətində, uzaq bir diyarımızda qardaşım üçün bu konserti hazırlayan orkestrimizə minnətdarlığımı bildirirəm. Mədəniyyət nazirimiz bu orkestri təşkil etdi və mən bunun üçün onun xidmətini qiymətləndirirəm. Sağ olun.
Prezident İlham Əliyev: Sağ olun.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Hakim partiyadan Mənsur Yavaşın Ərdoğanla görüşü barədə - Açıqlama
Bugün, 00:07 SİYASƏT
-
Əziz Yıldırımdan baş məşqçinin istefa bəyanatına reaksiya: "Başına butulka atdlar, ondan yana..."
Bugün, 00:06 İDMAN
-
Əlcəzairlə BƏƏ arasında gərginlik pik həddə - Bu gecədən hava məkanı da bağlanır
Bugün, 00:05 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
"Fənərbağça"nın Baş məşqçisi istefa verdi: "Bir daha heç vaxt geri qayıtmayacağam"
10.09.2026, 22:56 İDMAN
-
Çempionlar Liqası: "Fənərbağça" "Roma"dan xal aldı
10.09.2026, 22:39 İDMAN
-
Türkiyədən qaçmaq istəyən FETÖ şübhəliləri dənizdə saxlanılıb
10.09.2026, 22:01 KRİMİNAL
-
ÇL: "Mançester Yunayted" -"Sabah" komandalarının start heyətləri açıqlanıb
10.09.2026, 21:59 İDMAN
-
İranda dövlətə məxsus konfrans zalları da bağlanacaq - Pezeşkian qənaət rejimi barədə anons verdi
10.09.2026, 18:57 DÜNYA
-
Sentyabrın 6-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub
10.09.2026, 18:12 GÜNDƏM
-
Jurnalistə qarşı məhkəmədə elə ifadələr verildi ki...
10.09.2026, 18:01 PRESS
-
Qardaşından Şeyxin şəxsi təyyarəsi barədə iddialara - Reaksiya
10.09.2026, 17:51 SİYASƏT
-
“100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - Müğənni Niyamidən açıqlama + VİDEO
10.09.2026, 17:44 MƏDƏNİYYƏT
-
Arda Gülər "Real Madrid"lə müqaviləsini uzadır
10.09.2026, 17:37 İDMAN
-
Xumar Qədimovanın səmimi görüntüləri diqqət çəkdi - VİDEO
10.09.2026, 17:26 ŞOU-BİZNES
-
Kəmalə Qaramollayevanın Sahib İbrahimovla rəqsi gündəm oldu - VİDEO
10.09.2026, 17:20 ŞOU-BİZNES
-
Naxçıvan Həmkarlar İttifaqı sədrinin milyonluq imperiyası - SİYAHI
10.09.2026, 17:17 SİYASƏT
-
İnsan öləndən sonra saç və dırnaqlar uzanır?
10.09.2026, 17:07 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
10.09.2026, 17:00 İQTİSADİYYAT
-
İstanbulda kirayəçi qətliam törətdi: ev sahibləri öldürüldü, vəkil ağır yaralandı
10.09.2026, 16:59 KRİMİNAL
-
Ceyhun Bayramov Avropa İttifaqının rəsmi ilə görüşüb - Nələr müzakirə olunub?
10.09.2026, 16:49 SİYASƏT
-
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyət verildi
10.09.2026, 16:28 GÜNDƏM
-
Almaniyada dəyişən siyasi mənzərə... - TƏHLİL
10.09.2026, 16:24 SİYASƏT
-
Mətbuat Şurası qurultaya gedir - Açıqlamalar
10.09.2026, 16:13 PRESS
-
Kənd təsərrüfatı naziri özünə yeni müşavir təyin edib
10.09.2026, 16:02 İQTİSADİYYAT
-
Xətai sahibsiz qalıb: qazılan quyu niyə doldurulmayıb? - VİDEO
10.09.2026, 15:51 CƏMİYYƏT
-
GƏLƏN İLKİ BURAXILIŞ və QƏBUL İMTAHANLARI: yeni proqramın detalları bəlli oldu - DİM AÇIQLADI
10.09.2026, 15:43 GÜNDƏM
-
Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçiriləcək
10.09.2026, 15:32 İQTİSADİYYAT
-
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini açıqladı
10.09.2026, 15:21 İQTİSADİYYAT
-
Maliyyə Nazirliyində dəyişiklik - Şöbə müdiri "Həmkarlar"ın yeni sədri oldu
10.09.2026, 15:12 CƏMİYYƏT
-
"Lazım gələrsə, yerində müdaxilə edəcəyik" - Yunanıstanın XİN başçısı niyə narahatdır?
10.09.2026, 14:58 SİYASƏT
-
Prezident 2027−2032-ci illər üçün Dövlət Proqramı təsdiqlədi
10.09.2026, 14:31 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi - MƏTN
10.09.2026, 14:30 GÜNDƏM
-
Prezident BMT ilə birgə layihənin icrası üçün Töhfə Sazişini təsdiqləyib
10.09.2026, 14:22 GÜNDƏM