Avropa çempionatı: karateçilərimiz finala çıxıb (Yenilənib)

img

27-05-2022 [17:40]


Azərbaycanın iki para-karateçisi Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

Mia.az xəbər verir ki, gözdən zəif idmançılar kateqoriyasında Nihat Məmmədzadə və Emilia Mitilinova həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Bundan əlavə, Eldar Əhmədov bürünc medal uğrunda görüşə çıxacaq. Fərrux Qaybaliyev isə bürünc medal qarşılaşmasında məğlub olub.

Qeyd edək ki, Avropa çempionatı mayın 29-da başa çatacaq.

***

Azərbaycanın karate üzrə kumite komandası Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

Mia.az xəbər verir ki, Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov və Ayxan Mamayevdən ibarət heyət həlledici raunnda Fransa ilə üz-üzə gələcək.

Final mayın 29-da olacaq.

Mübarizəyə 1/8 finalda start verən yığma ardıcıl olaraq Kosovonu 3:1, Portuqaliyanı 2:0, Yunanıstanı isə 3:0 hesabı ilə məğlub edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR