Ərdoğan: “Türkiyə və Gürcüstan bölgədə sülhə töhfə verməkdə davam edəcək”

img

26-05-2022 [11:19]


“İki strateji müttəfiq - Türkiyə və Gürcüstanın hazırda olduğu kimi, gələcəkdə də regionda sülh, sabitlik və dirçəlməyə töhfə verməkdə davam edəcəyinə səmimi qəlbdən inanıram”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Müstəqillik Günü münasibətilə Baş nazir İrakli Qaribaşviliyə ünvanladığı təbrikdə bildirib.

O, öz və Türkiyə xalqı adından hökumət başçısı və gürcü xalqını təbrik edib: “Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost gürcü xalqına isə firavanlıq və tərəqqi arzulayıram”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA