“Azərbaycanfilm” kinostudiyasıda yeni Ekspert Şurası yaradılıb, bu şəxslərə vəzifə verilib - SİYAHI

“Azərbaycanfilm” kinostudiyasıda yeni Ekspert Şurası yaradılıb, bu şəxslərə vəzifə verilib - SİYAHI

MƏDƏNİYYƏT

24.05.2022, 11:42

Dövlət dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin, digər audiovizual əsərlərin istehsalı, eləcə də ssenari portfelinin formalaşdırılması üçün müsabiqələrin təşkilini həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası nəzdində Ekspert Şurası yaradılıb.

Kinostudiyadan Mia.az-a verilən məlumata görə, 5 nəfərdən ibarət olan Şuraya sədrlik kinoşünas, kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayevə tapşırılıb.

Şuranın üzvləri aktrisa, Xalq artisti Mehriban Zəki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor, dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müəllimi, sənətşünas, kino redaktoru Nadir Bədəlov, dramaturq, ssenarist İsmayıl İmandır. Ekspert Şurasının məsul katibi Leyla Vəzirzadədir.

Şura üzvlərinin səlahiyyət müddəti cari ilin sonuna qədərdir. Bu müddətdə Kinostudiyada həyata keçiriləcək müsabiqələr Ekspert Şurasının üzvlərinin qərarı ilə nəticələnəcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR