"Bursaspor" Azərbaycan millisinin futbolçusu ilə müqaviləyə xitam verəcək

img

16-05-2022 [16:05]


Türkiyənin "Bursaspor" klubu Azərbaycan millisinin futbolçusu Namik Ələskərovla müqaviləyə xitam verəcək.

Bu barədə klubun prezidenti Ömər Furkan Banaz mətbuat konfransında açıqlama verib.

Funksioner bildirib ki, komandadakı legionerlə ən sərfəli şəkildə vidalaşacaqlar: "Sözləşməsi davam edən 7 əcnəbi futbolumuz var. Burada əsas məqam klubun mənafeyidir. Onsuz da legionerlər II liqada oynaya bilməzlər. Hamısına xitamla bağlı sənəd veriləcək".

Qeyd edək ki, Namik Ələskərov cari mövsümün əvvəlində "Bursaspor"la 2+1 illik müqavilə imzalamışdı/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR