Dərsliklərlə bağlı problemlər niyə həll olunmur? - Ekspertdən təhlil
01-05-2022 [17:33]
Elşən QAFAROV,
Təhsil üzrə ekspert
***
Dərslik - hər hansı bir fənnin əhatə etdiyi bilik, bacarıq və dəyərlərin öyrədilməsi üçün onun kurikulumu əsasında hazırlanan, səlahiyyətli orqan tərəfindən bəlli meyarlarla qiymətləndirilib tədrisinə icazə (qrif) verilən əsas vəsait.(mənbə Vikipediya)
Dərslik şagirdin istinad etdiyi əsas mənbə olduğu üçün , dərsliklərdə hər hansı elmi və ya texniki səhv yolverilməzdir.
2000-ci illərdən bəri ümumi təhsil pilləsində şagirdlərə dərsliklər pulsuz verilir.Və o zamandan dərsliklərlə bağlı problemlər səngimək bilmir. Baxmayaraq ki, hal-hazırda da bu problem qalmaqdadır, stər ibtidai siniflər , istərsə də V-XI siniflərin dərsliklərində elmi və texniki səhvlər bitib tükənmir.
Problemə bir qədər geniş mənada baxsaq, bir neçə nüansı qeyd etməyi vacib bilirəm:
1. Dərsliklərin hazırlanması ilə bağlı hüquqi normativ baza varmı? Var. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması QAYDASI “ təsdiq edilmişdir.
Məlum Qayda “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.12-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması, təsdiqlənməsi və nəşri qaydasını müəyyən edir, və həmin Qaydanın 2.2-ci bəndində ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi zamanı aşağıdakı ümumi tələblər nəzərə alınması tələbi qoyulub:
a). materialların elmi etibarlılığı, dəqiqliyi, inkişafyönümlülüyü, dəyəryönümlülüyü, tərbiyəyönümlülüyü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu;
b). pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğu;
c). dizayn və tərtibatın məntiqliyi, estetikliyi və müasirliyi;
d). Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğunluğu.
Demək dərsliklər hazırlanarkən göstərilən tələblərin gözlənilməsi mütləqdir. İstər müəlliflər, istərsə də dərslikləri qiymətləndirmə komissiyaları və yaxud da dərslikərin qiymətləndirilməsinin manitorinqini aparan Dövlət İmtahan Mərkəzi bu tələbləri gözləməlidirlər və məsuliyyət daşıyan tərəfdirlər.
2. Dərsliklərin hazırlanması prosesi.Dərsliklərin hazırlanmasına 2 ay vaxt verilməsi (3.7. Dərsliyə qrif verilməsi üçün müraciətə 2 (iki) ay ərzində baxılır) çox qısa bir müddətdir. Eyni zamanda müzakirəyə 4 ay vaxtın verilməsi də çox az bir müddətdir. Dərsliklərin hazırlanması ilə bağlı mütəxəssis qıtlığı var.
Dərsliklərin hazırlanması ilə bağlı texniki məsələlərdənsə, məhz bu istiqamətə , yəni onları hazırlayan mütəxəssislərin olmaması və ya az olmasına diqqət edək.
Bu problemin ilk özəyi, ölkədə yaradıcı müəllimlərin, elmi-pedaqoji fəaliyyətlə məşğul olan kadrların nadir hallarda rast gəlinməsi ilə yanaşı, sistemsizliyin mövcüd olması da əsas problemlərdən biridir. Müəllimlərin elmi – pedaqoji fəaliyyətə cəlb olunmasının stimullaşdırılmaması bu sahəyə maraqı azaldır.
Ölkədə 44 ali məktəb və 7 ali məktəb filalının (əsasən ADPU-nun) tam böyük əksəriyyəti pedaqoji sahədə kadr hazırlayır. Hər il magistratura səviyyəsində təkcə pedaqoji sahədə 100-lərlə magist qəbul olunur və ya bitirir. Magistr işlərinin əksəriyyəti ali məktəbin müəllimləri tərəfində müəyyən məbləğ müqabilində yazılır. Əvvəllər olduğu kimi ali məktəblərdə Tələbə Elmi Cəmiyyətləri fəaliyyət göstərmir. Və nəhayət, bizdə dərslik yaza biləcək kadrların yetişməsi üçün lazım mühit yoxdur.
Eyni fənn üzrə dərsliklərin ayrı-ayrı siniflər üzrə müxtəlif müəllimlər tərəfindən hazırlanması, dərsliklərdə verilmiş materialların üst-üstə düşməməsi, varislik prinsipinin pozulmasına gətirib çıxartmasına səbəb olur
Bu sahədə olan nöqsanları aradan qaldırmaq üçün sistemli işlər görmək və məsələyə kompleks yanaşmaq lazımdır. Yeni təyin olunan müəllimləri dərsliklərin müzakirəsinə ilk 5 il ərzində vaxtaşırı olaraq cəlb etmək, ayrı-ayrı mövzularla bağlı onların hazırladığı materialları ayrı-ayrı fənlər üzrə yaradılmış metodik saytlarda yerləşdirmək, onların əməyinin rəğbətləndirilməsi üçün tədbirlər görmək olar.
Eyni zamanda istər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, istərsə də yeni yaradılan Regional Təhsil İdarələrinin nəznində Təlimə Dəstək Mərkəzinin metodistləri, məktəblərdə fəaliyyət göstərən fənn metodbirləşmələri ilə birgə dərsliklərin mütəmadi müzakirəsini və qiymətləndirilməsini həyata keçirtmək, toplanmış fikir və təklifləri Təhsilin İnkişafı İnistitunun və Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinə təqdim etmək olar.
3. Pedaqoji heyətin peşəkarlığı; Təsəvvür edək ki, dünyada ən ideal (ideal dərslik olmur) və ya ən keyfiyyətli dərslikləri hazırlasaq belə, bu dərslikləri tədris edən əsas faktor müəllim faktorudur. Müəllimlərimizin peşəkarlıq səviyyəsinin inkişafı üçün görülən tədbirlər yetərli deyil. İlk növbədə sertifikasiyanın keçirilməsini sürətləndirmək, pedaqoji kadr hazırlığı ilə bağlı yeni konsepsiya qəbul edilməli, orta ixtisas təhsilli şəxslərin ümui təhsil məktəblərinə müəllim kimi işə qəbulu dayandırılması, hal hazırda sistemdə işləyən orta ixtisaslı müəllimlər üçün 2-3 illik qiyabi bakalvr proqramı tətbiq edilməsi (sertifikasiyadan sonra) bu istiqamətdə köklü dəyişiliyə gətirib çıxarda bilər.
Təhsili inkişaf etmiş ölkələrdə artıq ümumi təhsil məktəblərində fəaliyyət elmi-pedaqoji xarakter daşıdığından yalnız magistr təhsili olanlar işə qəbul edilir, sistemdə işləyən bakalavrlar üçün magistr proqramları tətbiq edilir.
Sonda: 24 oktyabr 2013-cu il tarixində Prezidentin 13 №-li Sərəncamı ilə təsdiq olunmuş olunmuş “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nın 7-ci bölməsinin 4.1.-ci bəndində ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklərlə yüklənmiş kompyuter-planşetlə təmin olunması 2015-2020-ci iilər üçün nəzərdə tutulmuşdu. (1. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılması, hər bir təhsil müəssisəsinin internetlə, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklərlə yüklənmiş kompyuter-planşetlə təmin olunması) .
Şagirdlərin elektron dərsliklərlə yüklənmiş kompyuter-planşetlə təmin olunması təhsili inkişaf etmiş ölkələrdə geniş yayılıb və bu şagirdlərin çanta ağırlığı ilə bağlı probleminin həlli yolunda və ekologiyanın qorunmasında həlledici rol oynaya bilər.
Nəzərə alsaq ki, bir şagird birinci sinifdən on birinci sinifədək oxuduğu müddətdə azı 150 kitabdan istifadə edir və hər bir kitab da dövlətə ən azı 6-7 manata başa gəlir, planşetə keçid eyni zamanda ciddi maliyyə qənaətinə gətirib çıxarda bilər.
Mia.az
Əli Əsədov hökumət üzvlərini topladı: iclas keçirildi - FOTO
PA-nın vəzifəli şəxslərinin qəbul günü açıqlandı - CƏDVƏL
Şəki Olimpiya Kompleksində ciddi səhvlərə yol verilib - FOTO
Fəhlə daş karxanasında faciəli şəkildə ölüb
Tramp bölgəyə nəhəng hərbi qüvvə göndərdiyini təsdiqlədi: "İranın razılaşmaq istəyir, dəfələrlə zəng ediblər"
NAZİR MƏRKƏZ DİREKTORUNU VƏZİFƏDƏN AZAD ETDİ - Yeni təyinat
Hava ilə bağlı daha bir xəbərdarlıq yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! - FOTOLAR
MÜŞAVİR və ŞÖBƏ MÜDİRİ NAZİR MÜAVİNLƏRİ TƏYİN EDİLDİ - KTN-də maraqlı dəyişiklik (FOTO)
Rusiya mediasında Azərbaycan-Türkiyə münasibətlərini pozmağa cəhd edirlər - "Dezinformasiya yayırlar"
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə - Açıqlama
Ceyhun Bayramov Çinə gedib
Arpaçay su anbarı donub - FOTO
Albaniya Baş naziri İsrail parlamentində İranı "yıxıb-sürüdü", Türkiyəni isə... - "Xomeyni Respublikası ilə bu incə əlaqələri də kəsdik"
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur - TƏHLİL
İranda aksiyalar davam edir - Ölənlərin say 6 mini keçib
Nazir, komitə sədri... - Onların qəbul günləri + CƏDVƏL
MƏHKƏMƏ SƏDRİNİN OĞLU CANINA QIYDI - Əvvəl arvadını bıçaqlayıb, sonra isə... (YENİLƏNİB)
372 sayda saxta sayt, link və keçidlər bloklanıb - Azərbaycanda