Gürcüstanın təhsil naziri istefa verib

img

30-06-2025 [16:54]


Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Aleksandre Tsuladze şəxsi qərarı ilə vəzifəsindən istefa verib.

Bu barədə nazirliyin yaydığı rəsmi məlumatda bildirilir.

Nazir istefa bəyanatında vəzifədə olduğu müddətdə təhsil sisteminin bütün pillələri üzrə keyfiyyətin artırılmasına yönəlmiş bir sıra təşəbbüslərin həyata keçirildiyini qeyd edib. O, həmçinin başladılan innovativ layihələrin gələcəkdə yeni nazir tərəfindən uğurla tamamlanacağına inandığını ifadə edib.

Tsuladze həmkarlarına və hökumət komandasına təşəkkür edərək Gürcüstanın gələcəyi naminə gördükləri işlərə görə minnətdarlığını bildirib./Report

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:27 30.06.2025

İranda zəlzələ olub