"Qalatasaray" millinin üzvü ilə müqavilə bağlayacaq - 4 illik 

img

30-06-2025 [17:40]


"Qalatasaray"da transfer fəaliyyəti davam etdirir.

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, klub həm də millinin oyunçusu olan Yunus Akgünlə yenidən anlaşıb.

Məlumata görə, tərəflər 4 illik müqavilə imzalayacaqlar: "Yeni müqavilədə Akgünün əvvəlki müqaviləsindəki 14 milyon dollarlıq sərbəst buraxılma maddəsi ləğv olunacaq. Ona yeni müqavilə ilə ildə 2,5 milyon avro ekvivalentində türk lirəsi ilə maaş ödəniləcək".

Xatırladaq ki, Yunus ötən mövsüm 44 matçda 12 qol vurub, 14 qolun ötürməsini verib.

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:27 30.06.2025

İranda zəlzələ olub