İordan çayının qərb sahilindəki hektarlarla ərazidə zeytun ağacları məhv edilib

img

01-07-2025 [00:01]


Uzun müddətdir İsrailin nəzarətində olan İordan çayının qərb sahilində fələstinlilərə məxsus hektarlarla ərazidə zeytun ağacları məhv edilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, dünən isə Hebron şəhərinin cənubundakı Susya kəndindən olan fermer Muhammed Mahamreyəməxsus əraziyə hücumçəkən bir qrup israillinin 8 yaşı olan 200-dən çox  zeytun ağacını kökündən çıxarıblar.

Dolanışığını zeytunçuluqla təmin etdiyini ifadə edən Mahamre bildirib ki, ani hücumun qarşısına çarəsiz qalıblar: "İllərdir İsrailli qəsbkarların hücumlarına məruz qalmışam. Əvvəllər də döyülmüşəm. İndisə ağaclarım kökündən qoparılıb. Torpağı ağacsız qoyub, əkinsiz hala gətirmək istəyirlər. Nə olursa olsun, torpağımızı yenidən əkib burada qalacağıq".

Tahir Şəlvəli
MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
14:27 30.06.2025

İranda zəlzələ olub